Icma.az
close
up
RU
Ukrayna daha bizim hesabımıza vuruşmur Tramp

Ukrayna daha bizim hesabımıza vuruşmur Tramp

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"2025-ci ilin sonunadək Ukraynada sülh razılaşması əldə edilə bilər..."

ABŞ prezidenti Donald Tramp son günlər bir-birini tamamlayan bir sıra açıqlamalarla gündəmdədir. Onun və xüsusi nümayəndəsi Stiv Uitkoffun bəyanatları həm Ukraynadakı müharibənin gələcəyinə, həm də ABŞ-ın qlobal siyasətdəki yeni roluna işarə edir.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Lavrovun bəyanatlarına cavab və zalda gülüş

Ağ Evdə hökumət iclasında Tramp jurnalistlərin suallarını cavablandırarkən Rusiya xarici işlər naziri Sergey Lavrovun son açıqlamalarına münasibət bildirib. Lavrov yenidən Ukrayna prezidenti Vladimir Zelenskinin legitimliyini şübhə altına alıb. Tramp isə bu sözləri "tamamilə cəfəngiyat" adlandıraraq əlavə edib: "Onlar sadəcə poza verir, real siyasətə təsiri yoxdur". Prezidentin bu replikası, Uitkoffla kiçik zarafat mübadiləsindən sonra, zalda səsli gülüş doğurub.

"Ukrayna artıq bizim hesabımıza vuruşmur"

Trampın əsas mesajlarından biri maliyyə məsələləri ilə bağlı olub. O bəyan edib ki, ABŞ artıq Ukraynadakı müharibəni birbaşa büdcəsindən maliyyələşdirmir. Silah və hərbi texnika satışından NATO ölkələri ödəyir: "Biz  milyonlarla, nəticədə isə milyardlarla dollar dəyərində raketlər və hərbi avadanlıq satırıq. Biz artıq ödənişsiz yardım etmirik". Tramp həmçinin vurğulayıb ki, Avropa üçün ən yaxşı seçim Amerikanın müdafiə sənayesi məhsullarıdır və bu sahədə ABŞ istehsalı "dünyanın ən yaxşısıdır".

Sülh danışıqları və Uitkoffun rolu

Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff bir neçə mühüm bəyanatla çıxış edib. Onun sözlərinə görə, ABŞ və Rusiya arasında gündəlik əlaqələr mövcuddur, yaxın günlərdə isə Nyu-Yorkda Ukrayna nümayəndə heyəti ilə görüş keçiriləcək. Uitkoff bunu "vacib siqnal" adlandırıb və əminliklə bildirib ki, sonda Zelenski və Putin arasında masa arxasında görüş baş tutacaq.

Uitkoff həmçinin ümid etdiyini deyib ki, 2025-ci ilin sonuna qədər, hətta daha tez bir sülh razılaşması əldə edilə bilər. O, ərazi məsələsində isə Trampın mövqeyini açıqlayıb: qərar yalnız Ukraynanın öz ixtiyarındadır, heç kim Kiyevdən torpaq güzəşti tələb edə bilməz.

Enerji razılaşmaları və gizli diplomatiya

"Reuters"-in məlumatına görə, ABŞ və Rusiya nümayəndələri enerji sahəsində bir sıra layihələri müzakirə ediblər. Burada məqsəd Moskvanı müharibəni dayandırmağa təşviq etmək, Vaşinqtonun isə müəyyən sanksiyaları yumşaltması ehtimalını gündəmə gətirməkdir.

Trampın açıqlamaları bir tərəfdən Avropaya mesajdır: artıq ABŞ müharibəni öz hesabına aparmayacaq, Avropa daha çox məsuliyyət daşımalıdır. Digər tərəfdən, Rusiya ilə gizli və açıq diplomatik kanallar vasitəsilə sülhün axtarıldığı görünür. 

Uitkoffun nikbin çıxışları isə Vaşinqtonun yaxın aylarda real sülh razılaşması əldə edəcəyinə inandığını göstərir. İndi əsas sual odur ki, Trampın "biz artıq sponsor deyilik" mesajı və Uitkoffun "sülh çox yaxındır" bəyanatı Kreml və Kiyevdə necə qəbul ediləcək.

Moderator.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Avqust 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri