Icma.az
close
up
RU
Tramp Ukrayna prezidentini hədələyib

Tramp Ukrayna prezidentini hədələyib

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Cümə günü baş tutan gərgin görüş zamanı ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskiyə bir sıra ərazilərin Rusiyaya verilməsi üçün təzyiq göstərib.
Reyting.az
“Reuters” agentliyinə istinadla xəbər verir ki, danışıqlarla tanış olan iki mənbə Ukrayna nümayəndə heyətinin görüşdən məyus ayrıldığını bildirib.
Nəşrin yazdığına görə, həmin görüş Trampın Kiyevi, əlverişsiz şərtlərlə olsa belə, Rusiya ilə sürətli razılaşmaya məcbur etməyə çalışdığını göstərir.
Mənbələrdən biri görüş barədə “Bu olduqca pis idi”, - deyə bildirib.
Trampın Zelenskiyə verdiyi ismarıc belə olub:
“Əgər Rusiya ilə razılığa gəlməsəniz, ölkəniz donacaq, məhv olacaq”.
Digər bir mənbə isə Trampın Ukraynanın “məhv ediləcəyi” ilə bağlı dediklərini təkzib etsə də, hər iki mənbə Trampın görüş zamanı bir neçə dəfə kobud ifadələr işlətdiyini təsdiqləyib.
Məlumata görə, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin kiçik hissələri müqabilində Donetsk və Luqansk vilayətlərində ərazi mübadiləsi təklif edib. Mənbələrdən biri bildirib ki, ABŞ rəsmiləri cümə günü bu təklifi Zelenskinin diqqətinə çatdırıblar.
Eyni zamanda, məlumatlara görə, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff Donetsk və Luqansk vilayətlərində xeyli sayda rusdilli əhalinin yaşadığını əsas gətirərək, ukraynalıları Rusiyanın təklifini qəbul etməyə ən çox təkid edən şəxslərdən biri olub.
Bununla belə, mənbələrdən biri qeyd edib ki, Zelenski könüllü şəkildə heç bir ərazini Rusiyaya verməyəcəyini bəyan etdikdən sonra Tramp cəbhə xəttində atəşkəs təklif edib.
“Görüş, mövcud vəziyyət üzrə - yəni cəbhədəki demarkasiya xəttində - razılaşma təklifi ilə başa çatdı”,- deyə mənbə əlavə edib.
E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://reyting.az
archiveBu xəbər 20 Oktyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see434

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see397

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see389

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see364

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see350

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see345

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see267

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see266

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see264

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see202

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri