Icma.az
close
up
RU
Ukrayna danışıqlara Türkiyənin iştirakı ilə razı olduğunu bildirsə... AÇIQLAMA

Ukrayna danışıqlara Türkiyənin iştirakı ilə razı olduğunu bildirsə... AÇIQLAMA

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Volodimir Zelenski Rəcəb Tayyib Ərdoğanla Türkiyədəki görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, heç vaxt və heç bir halda müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq. Həmçinin o, Türkiyə Ukraynaya lazımi təhlükəsizlik təminatlarını verə bilsə, Türkiyənin də sülh danışıqları prosesdə iştirakını istədiyini qeyd edib.


Türkiyənin danışıqlar prosesində iştirakı nə dərəcədə real görünür, həmçinin Rusiya və ABŞ-nin bu məsələyə yanaşması necə olacaq?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, Zelenskinin Türkiyənin zəmanətini istəməsi səbəbsiz deyil


“Hazırda Ukrayna məsələsi ətrafında 3 tərəf var: ABŞ, Rusiya və Ukrayna. Ukrayna faktiki olaraq münaqişənin tərəfi olsa da, aparılan danışıqlarda ondan kənar müzakirələr aparıldığı müşahidə olunur. Zelenski hakimiyyətinin qəbul etmədiyi məsələ də elə budur. Bu prosesdə Avropa təcrid olunmuş vəziyyətə düşüb və ABŞ birbaşa danışıqlar aparır. Avropa bu prosesdə istədiyi kimi iştirak edə bilmir. ABŞ gələcəkdə Avropa və Ukraynanın da iştirak edəcəklərini bildirsə də, bu daha çox razılaşdırılmış ümumi məsələlərin onlara qəbul etdirilməsi kimi mümkün ola bilər. ABŞ-nin də öz maraqları var. Tramp açıqlamalarında da bildirir ki, heç də Ukraynanın ərazi bütövlüyü və ya suverenliyi istiqamətində çıxış etməyəcək. Ən azı Rusiyaya hazırda işğal etdiyi ərazilərdə nəzarət imkanı yaradılacaq. Ukrayna da iştirak edəcəyi danışıqlarda təklənmiş vəziyyətə düşür. Ukraynaya danışıqlarda onu müdafiə edən tərəf, alternativ mərkəzlər lazımdır. Bunlardan biri də Türkiyə ola bilər”.


A.Nərimanlı qeyd etdi ki, Zelenskinin əsas məqsədi Türkiyənin Ukraynaya dəstəyinin təmin edilməsidir:


“Sülh sazişi təhlükəsizlik təminatı verildiyi təqdirdə imzalana bilər. Türkiyənin NATO-da həlledici ölkə olması, ABŞ və Avropanın ittifaqa maraqlı olması onun ölkə kimi əhəmiyyətini göstərir. Türkiyənin Ukraynaya təhlükəsizlik zəmanətini verməsi Qərb cəbhəsinin Ukraynanın istəklərinə uyğun davranmasına gətirib çıxara bilər. Türkiyə bu məsələdə Qərbin Ukraynaya yanaşmasının dəyişməsinə təsir edə biləcək faktordur. Türkiyə NATO üzvü olsa da, Rusiya ilə sıx əlaqələri var. Bu kontekstdə Türkiyənin iştirak etməsi Ukraynanın danışıqlar masasında əlini gücləndirə bilər. Buna görə də Zelenski Türkiyəyə səfər etdi və istəklərini bildirdi”.


Siyasi şərhçinin fikrincə, Türkiyənin bu danışıqlarda iştirakı mümkün görünür:


“İndiki məqamda Rusiya və ABŞ Türkiyənin danışıqlara qatılmasını istəməyəcək, onlar məsələni öz aralarında həll etmək istəyirlər. Amerika və Rusiya, həqiqətən, müharibəni sonlandırmaq istəyirlərsə, Ukrayna ilə də danışmalı və razılaşmalıdırlar. Ukrayna danışıqlara Türkiyənin də iştirakı ilə razı olduğunu bildirsə, ABŞ və Rusiya bunu qəbul etməli olacaq. Digər tərəfdən, Türkiyənin iştirakı Ukrayna üçün maraqlı olmaqla yanaşı, ABŞ və Rusiya üçün də ciddi problemli məsələ deyil. Türkiyənin hər iki ölkə ilə normal münasibətlərinin olması bunu deməyə əsas verir. Türkiyə başından bəri bu müharibənin dayandırılmasını istəyib və iki ölkə arasında ən uğurlu ortaq yolu tapa biləcək ölkədir. İstanbul danışıqlarının təşkili, “taxıl anlaşması”, girovların dəyişdirilməsi məsələsi Türkiyənin sülh əldə etməyə çalışdığını bir daha göstərir”. 

Firuzə Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 Fevral 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri