Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

Benzema “Arsenal”a məsləhət bilinib

Ukrayna danışıqlarının Berlin mərhələsi: proses nə vəd edir?

Ukrayna danışıqlarının Berlin mərhələsi: proses nə vəd edir?

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Almaniyanın paytaxtı Berlində ABŞ, Ukrayna və Avropa liderləri arasında Rusiya-Ukrayna müharibəsində mümkün sülh sazişinin əldə olunması istiqamətində müzakirələr aparılıb. Berlində aparılan müzakirələrin müharibənin sülh yolu ilə yekunlaşmasına nə dərəcədə təsiri olacaq?

Milli Məclisin deputatı Tural Gəncəliyev deyib ki, Ukraynada münaqişənin dayandırılması üzrə danışıqlar davam edir: “Berlində növbəti raund aparılıb. Uitkoff ilə Ukrayna Prezidenti və nümayəndələri arasında danışıq baş tutub. Hətta Uitkoffla görüşdən əvvəl Berlində Alman kansleri də Ukrayna Prezidenti ilə görüşdü. Hesab edirəm ki, bu danışıqlar hələ çox uzun sürəcək. Çünki biz artıq neçənci həftədir ki, gah ABŞ-də Florida ştatında, gah Parisdə, gah digər yerlərdə danışıqların keçirildiyinin şahidi oluruq və danışıqlarda hər dəfə yeni bir element, maddə üzə çıxır. Burada məqsəd 25 dekabrda Milad bayramı ərəfəsində Trampın dünyaya və öz ictimaiyyətinə Ukraynada münaqişənin həll edilməsi ilə bağlı mesaj verməkdir. ABŞ administrasiyası bunun üçün tələsir. Ona görə də bu danışıqlar daha çox müvəqqəti taktiki razılıq ola bilər. Çünki tərəflər arasında çox böyük ixtilaf mövcuddur. Rusiyanın tələbi odur ki, Ukrayna Donbas, Luqansk ərazilərindən, xüsusilə də Donbas ərazilərindən qoşunlarını tam çıxarmalıdır və Ukrayna silahlı qüvvələrinin sayında məhdudiyyət tətbiq edilməlidir. Eyni zamanda, Ukrayna NATO-ya üzv qəbul edilə bilməz və s. Ukraynada isə bunu tamamilə yersiz və qəbuledilməz adlandırırlar. Nəzərə alsaq ki, ABŞ administrasiyası da Ukraynada prezident seçkilərinin neçə vaxtdır keçirilmədiyini və Ukraynada demokratiya və insan hüquqları ilə bağlı məsələdə problem olduğunu zaman-zaman qaldırır. Beləliklə, də Ukraynaya bir təzyiq vasitəsi kimi istifadə edilə bilər”.

“ABŞ prosesdən uzaqlaşır”

Politoloq Tofiq Abbasov bildirib ki, Ukrayna böhranı ətrafında gedən mövcud proseslər aydın məqamlardan daha çox qeyri-müəyyənliklə müşayiət olunur: “Ayrı-ayrı detalları bir araya gətirdikdə, ortada son dərəcə mürəkkəb və dolaşıq bir dilemma ortaya çıxır. Bu proseslər göstərir ki, münaqişənin real çıxış yolu hələ də tapılmayıb. ABŞ faktiki olaraq prosesdən uzaqlaşır və bu, Qərb dövlətlərini ciddi şəkildə narahat edir. Donald Trampın mövqeyi isə açıqdır: o, müharibənin əleyhinədir və mesajı belədir ki, əgər müharibə etmək istəyirsinizsə, bunu özünüz edin, öz qüvvələrinizi cəlb edin. Qərbdən səslənən bəyanatlar daha çox dəbdəbəli ritorika xarakteri daşıyır və onların arxasında konkret əməli addımlar görünmür. Çoxmillətli qüvvələrin Ukraynaya yeridilməsi ilə bağlı Almaniya, Fransa, Polşa kimi ölkələrin adları çəkilir. Amma əsas sual budur: bu qüvvələrin missiyası nədən ibarət olacaq? Onların Ukraynaya göndərilməsi real olaraq nəyi dəyişəcək? Bu məsələlər açıq qalır”.

“Heç bir dövlət Ukraynaya görə özünü oda atmaq istəmir”

Politoloq qeyd edib ki, vəziyyət həqiqətən də son dərəcə böhranlıdır və Avropa çıxış yolu tapmaq üçün müxtəlif variantlar irəli sürür: “Vaxtilə Fransa Ukraynaya milli diviziya göndərə biləcəyini bəyan etmişdi. Lakin bunların hamısı daha çox siyasi bəyanatlardır. Çünki heç bir dövlət Ukraynaya görə özünü oda atmaq istəmir. Xüsusilə Bayden administrasiyası dövründə Qərb dövlətləri Ukraynanı Rusiya ilə müharibəyə ciddi şəkildə hazırlayıb. Ayrı-ayrı batalyonlar Qərb instrukturları tərəfindən hazırlanırdı, silah-sursat verilirdi, böyük vədlər səsləndirilirdi. Lakin Ukraynanın ən vacib ehtiyaclarından biri olan hava donanmasının formalaşdırılması mümkün olmadı. Enerji təminatı ilə bağlı planlar da reallaşmadı. Döyüş meydanında effektiv fəaliyyət göstərən bir çox birləşmələr Böyük Britaniya, Almaniya və Polşanın hazırladığı qüvvələr olub. Ancaq hazırda qüvvələr nisbəti ciddi şəkildə dəyişib. Hazırda təşəbbüs Rusiyanın tərəfindədir və Moskva bu üstünlüyü vermək niyyətində deyil. Rusiyanın itkiləri olsa da, bəzi mövqelərdə geri çəkilmələr cəbhə xəttinin tipik göstəricisidir”.

“Ukrayna yeni liderlə gələcəyə doğru addım atmalıdır”

T.Abbasov vurğulayıb ki, çoxmillətli qüvvələrin Ukraynaya yeridilməsi regionda təhlükəsizliyi artırmayacaq, əksinə daha da azaldacaq: “Ukrayna demək olar ki, halsız vəziyyətə gəlib çatıb. Bunun məsuliyyəti təkcə Ukraynanın deyil, eyni zamanda, Avropanın da üzərindədir. Çünki Avropa uzun müddət Kiyevi döyüşü davam etdirməyə təşviq etdi, indi də eyni çağırışları edir. Müharibənin davamı Ukrayna üçün yalnız yeni itkilər deməkdir. Əgər təmas xəttində duruş gətirmək və fəal müdafiə qurmaq imkanı yoxdursa, müharibəni davam etdirməyin mənası qalmır. Nə qədər gec deyil, rəsmi Kiyev çıxış yolu tapmalıdır. Ukrayna müharibəni nə qədər tez dayandırsa, itkilərin qarşısını almaq imkanını bir o qədər artıra bilər. Ukraynada seçkilərin keçirilməsi vacibdir. Müharibə şəraitində seçkilərin keçirilməsi çətin olsa da, Zelenskinin hakimiyyətdə qalması artıq Ukraynanın zərərinə işləyir. Onun səlahiyyət müddəti faktiki olaraq bitib. Ukrayna yeni liderlə gələcəyə doğru addım atmalıdır”.

“Berlin danışıqları prosesə ciddilik qatır”

Politoloq Tural İsmayılov deyib ki, Berlin danışıqları beynəlxalq diplomatiyanın klassik qaydalarına uyğun olaraq aparıldığı üçün prosesə müəyyən ciddilik qatır: “ABŞ Prezidentinin xüsusi nümayəndəsi səviyyəsində aparılan təmaslar Vaşinqtonun mövzuya verdiyi önəmi açıq göstərir. İyirmi maddəlik sülh planı tərəflərin artıq ümumi çərçivə formalaşdırmağa çalışdığını deməyə əsas verir. Bu, sadəcə niyyət bəyanatı yox, konkret siyasi yol xəritəsi cəhdidir. Berlin platforması Avropa paytaxtlarının prosesdə daha fəal rol almaq istədiyini də ortaya qoyur. Lakin münaqişənin taleyi təkcə sənədlərin məzmunu ilə həll olunmur”.

“Sülh hələ də uzun və çətin diplomatik marafondur”

Onun sözlərinə görə, əsas məsələ planın Ukraynanın təhlükəsizlik tələbləri ilə real geosiyasi balans arasında uyğunluq tapıb-tapmamasıdır: “Rusiya faktorunu nəzərə almadan istənilən razılaşma kağız üzərində qalmaq riski daşıyır. Digər tərəfdən ABŞ-nin vasitəçilik rolunu gücləndirməsi müharibənin uzanmasından yorulan Qərb üçün rasional addımdır. Berlin danışıqları eskalasiyanın qarşısını almaq baxımından psixoloji baryer rolunu oynaya bilər. Bu proses tərəflərə vaxt qazandırır və hərbi ritorikanı müəyyən qədər yumşaldır. Ancaq real irəliləyiş üçün kompromislərin həcmi hələ də qeyri-müəyyəndir. Ukrayna üçün ərazi bütövlüyü qırmızı xətdir və bu prinsipdən geri addım asan görünmür. ABŞ isə müharibəni nəzarətli şəkildə dondurmaqla regional sabitlik əldə etməyə çalışa bilər. Berlin danışıqları bu baxımdan keçid mərhələsi kimi dəyərləndirilə bilər. Yekunda demək olar ki, proses müsbət siqnallar versə də, sülh hələ də uzun və çətin diplomatik marafondur”.

“ABŞ müharibəni dayandırmaq istəyir”

Politoloq Samir Hümbətov bildirib ki, Rusiya-Ukrayna sülh danışıqlarında maddələrin sayı artıq 20-yə endirilib, gözlənti ondan ibarətdir ki, hələ bir az da endiriləcək: “Düzdür, ABŞ müharibəni dayandırmaq istəyir, amma Avropa dövlətləri Ukraynaya ciddi təzyiqlə bunu saxlayırlar və Rusiyanın hərəkətləri də əslində sülh müqaviləsindən kənarlaşmanı bir az sürətləndirir. Çünki Rusiya getdikcə əraziləri tutur. Demirəm böyük sürətlə tutur, çox zəif də olsa bunu həyata keçirir. Ona görə də inanmıram ki, Ukrayna bu qədər rahatlıqla Rusiyanın tutduğu ərazilərin onlarda qalmasına razılıq verə. Göstərilən maddələrdə faktiki olaraq Rusiya Ukraynanın işğalda tutduğu ərazilərini özündə saxlamağa çalışır. Bu cür vəziyyət yaranır ki, işğal olunmuş Ukrayna əraziləri işğalla barışdırılmış bir vəziyyətdə Rusiyaya təhvil verilir. Bu da əslində beynəlxalq hüquqda mənfi baxımdan presedent yaradır. Hər vəziyyətdə ABŞ-nin, Ukraynanın, Rusiyanın, yəni hər üç tərəfin bu məsələdə yekdil fikrinin olacağını hələki gözləmirəm”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Dekabr 2025 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see335

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see277

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see243

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see239

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see233

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see232

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see228

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see223

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see223

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see219

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see213

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see212

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see202

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see201

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see199

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see198

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see197

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see192

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see185

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri