Icma.az
close
up
RU
“Ukrayna Donetski versə, Putin atəşkəsə razıdır” Rusiyanın şərti məlum oldu

“Ukrayna Donetski versə, Putin atəşkəsə razıdır” Rusiyanın şərti məlum oldu

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vladimir Putin ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffa Ukraynanın bütünlükdə Donetsk vilayətindən qoşunlarını çıxaracağı təqdirdə tam atəşkəslə razılaşacağını bildirib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Wall Street Journal” öz mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin mənbələrinin məlumatına görə, Putin Tramp administrasiyasına Ukraynada atəşkəslə bağlı radikal təklif təqdim edib. Xüsusilə, Kiyevdən hərbi əməliyyatların dayandırılması müqabilində əhəmiyyətli ərazi güzəştlərinə getməsini və işğal olunmuş ərazilər üzərində hüquqlarının qlobal şəkildə tanınmasını tələb edir.

Nəşr yazır ki, söhbət Donetsk vilayətindən gedir. Bu halda Rusiya Donetsk və Luqansk vilayətlərinə, eləcə də 2014-cü ildə zəbt etdiyi və suveren Rusiya ərazisi kimi tanınmasını istədiyi Krım yarımadasına nəzarət edəcək: “Uitkoff özü də Avropa rəsmiləri ilə söhbəti zamanı Rusiyanın təklifinin iki mərhələni əhatə etdiyini bildirib.

Birinci mərhələdə Ukrayna Donetsk vilayətindən geri çəkilməli, cəbhə xətti dondurulmalıdır. Bunun ardınca ikinci mərhələdə Putin və Tramp yekun sülh planını müəyyən edəcək və sonra bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilə də razılaşdıracaqlar”.

Çərşənbə günü Trampla danışan ukraynalı rəsmi bildirib ki, Kiyev prinsipial olaraq heç bir təklifi rədd etmir, lakin atəşkəs növbəti addımlar üçün ilkin şərt olmalıdır.

Həmin təklifin bir hissəsi olaraq Putin Rusiyanın Ukraynaya və ya Avropaya hücum etməməyi öhdəsinə götürən qanun qəbul edəcəyinə söz verib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Avqust 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri