Rusiyanın şərti: “Ukrayna ilə danışıqlara hazırıq, amma...”
Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.
Ukraynanın Rusiya ilə danışıqlara hazırlığına dair məlumatlar müsbət siqnal verə bilər, amma gələcək razılaşmalar zamanı Moskva əsas mövqelərindən geri çəkilməyəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa deyib.
“Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermakın ABŞ-ın seçilmiş Prezidenti Donald Trampın komandası ilə görüşü Vaşinqtonun münaqişəyə yanaşmasının necə olacağını öyrənmək məqsədi güdürdü”, - deyə deputat qeyd edib.
Çepa əlavə edib ki, görüşdə Ukraynaya NATO-ya üzv olmaq məsələsinin onun xeyrinə həll edilməyəcəyi bildirilib:
“ABŞ da Rusiyayla danışıqlara başlamağa çalışır”.
Deputat yaxın gələcəkdə danışıqların başlayacağına əmin olduğunu söyləyib, həmçinin onun fikrincə, bununla bağlı hər iki tərəfin açıq və aydın mövqeləri olmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 05 Dekabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















