“Ukrayna ərazi güzəştləri ilə razılaşmayacaq”
Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Əgər atəşkəs olacağı təqdirdə, Ukrayna işğal etdiyi əraziləri güc yolu ilə qaytarmasa, bu məsələ gələcəkdə diplomatik yolla həll olunacaq”.
Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Axios”a müsahibəsi zamanı deyib.
O bildirib ki, Ukrayna düşmənə ərazi güzəştləri ilə razılaşmayacaq və işğal olunmuş ərazilərdə Rusiyanın hakimiyyətini tanımayacaq.
"Biz müvəqqəti olaraq işğal altında olan bu əraziləri heç vaxt Rusiyanın əraziləri kimi tanımayacağıq. Biz bunu edə bilmərik", - deyə siyasətçi vurğulayıb.
Zelenski qeyd edib ki, bu əraziləri qaytarmağa gücümüz çatmasa, o zaman bu barədə danışmağa hazır olacağıq. Biz onları gələcəkdə silahla deyil, diplomatiya yolu ilə qaytarmağa hazırıq.
O, həmçinin əlavə edib ki, Ukrayna bu cür məsələləri dialoq yolu ilə və daha az itki ilə həll etməlidir.
Daşqın Həsənov
Missiya.Az


