Ukrayna ilə bağlı sülh danışıqları Rusiya “maksimum məğlubiyyət” axtarır
News24 saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və keçmiş prezident Dmitri Medvedev bildirib ki, Ukraynaya “maksimum məğlubiyyət” vermək Moskvanın əsas prioritetidir.
News24.az xəbər verir ki, Medvedev quruda döyüşlərin daha da intensivləşəcəyini bildirib.
"Rusiya irəliləyir. Düşmən (Ukrayna) müqavimət göstərir və hələ məğlub olmayıb", -Medvedev deyib.
O, həmçinin prezident Volodimir Zelenski Vaşinqtonla minerallar sazişi imzaladıqdan sonra ABŞ-ın Ukraynaya dayandırdığı hərbi yardımı bərpa edəcəyini gözlədiyini deyib.
Bu arada Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında mümkün görüşün hələlik müzakirə olunmadığını bildirib.
Bununla belə, o qeyd edib ki, belə bir görüşün keçiriləcəyi təqdirdə, Minsk Moskva üçün ən uyğun yer olacaq.
"Bu məsələ müzakirə olunmayıb və heç bir şəkildə müzakirə olunmayıb. Amma təbii ki, Minsk bizim üçün ən yaxşı yerdir. Belarus bizim əsas müttəfiqimizdir. Ona görə də bu, danışıqlar üçün ən uyğun yerdir", - Peskov bildirib.
Belarus prezidenti Aleksandr Lukaşenko bundan əvvəl Minskin danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bəyan etmişdi. Lakin Ukrayna çətin ki, Rusiyanın aparıcı müttəfiqlərindən olan Belarusu seçsin.
Məryəm İlhamqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 05 Mart 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















