Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Bu rayona yeni polis rəisi təyin edildi

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Ukrayna ilə imzalanan saziş, kəsilməyən atəş sınağa çəkilən Avropa İttifaqı ŞƏRH

Ukrayna ilə imzalanan saziş, kəsilməyən atəş sınağa çəkilən Avropa İttifaqı ŞƏRH

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibənin dayanması istiqamətində siyasəti hələ ki nəticə vermir.

Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus deyib ki, artıq ABŞ Rusiya ilə Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq: “Bu məsələyə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Biz vasitəçi olmayacağıq. Biz görüşlər üçün dünyanın o biri tərəfinə uçmayacağıq. İndi iş iki tərəf arasında aparılmalıdır”.

Onun sözlərinə görə, bununla belə ABŞ hələ də sülhün bərqərar olması üçün əlindən gələni edəcək, ancaq münaqişənin nəticəsi hazırda Ukrayna və Rusiya tərəfindən konkret ideyaların işlənib hazırlanmasını tələb edir.

ABŞ dünyanın başqa bölgələrindəki münaqişələrə diqqət yetirəcəyini bildirir.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens yaxın 100 gün ərzində Rusiya-Ukrayna arasında birbaşa, ikitərəfli danışıqlar təşkil etmək niyyətindədir. O, bu məqsədlə sülh təkliflərinin olduğunu və yaxın üç ayda tərəfləri danışıqlar masasına oturmağa çalışacaqlarını vurğulayıb.

Moskva və Kiyevin bir-biri ilə üz-üzə vasitəçisiz birbaşa danışıqları üçün bir sıra addımların atılması vacibdir:

- azından müddətli də olsa atəşkəsin əldə edilməsi;

- ərazi iddiası və bütövlüyünün şərt olaraq ilkin mərhələdə gündəlik olmaması;

- bir sıra istiqamətlərdə qarşılıqlı humanitar sahələrdə addımların atılması;

- Rusiya və Ukrayna ictimaiyyətinin görkəmli, qəbul edilən nümayəndələrinin görüşlərinin təşkili, onların rəyinin nəzərə alınması;

- NATO və Avropa İttifaqına üzvlük məsələsinin ikitərəfli danışıqlar gündəliyinə daxil edilməməsi;

- Atəşkəsə nəzarət üçün iki tərəfin nümayəndələrindən ibarət komissiyanın formalaşması;

- gələcək görüşlər üçün işçi qruplarının yaradılması;

- görüşlərdə, media orqanlarında tərəfləri qıcıqlandıracaq informasiya və ifadələrdən istifadəyə yol verilməməsi və s.

Ehtimal etmək olar ki, bu kimi məsələlər tərəflərin mövqelərini bir-birinə yaxınlaşdıramasına yardım edə bilər. Çünki hazırda tərəflər bir-birinə qarşı çox sərt və kəskin ifadələr işlədir.

Məsələn, Rusiyanın Xarici İşlər Nazirliyi Ukraynanın 1991-ci il sərhədlərinə qayıtmasına yol verməyəcəklərini bildirib.

ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio Rusiyanı 2014-cü il sərhədlərinə "sürüşdürə" bilməyəcəklərini deyib.

Bu, Ukraynanın ərazi bütövlüyü ilə bağlı ABŞ və Rusiyanın yaxın mövqedən çıxış etdiklərini göstərir. Bir müddət əvvəl isə Ağ ev Ukraynanın NATO-ya üzv olmaq istəyində qınamışdı.

Tramp Putinin müharibəni dayandırmaq istədiyinə inanır, ancaq "başının aldadıldığını" da istisna etmir.

Dövlət Departamentinin Rusiya ilə Ukrayna arasında vasitəçilikdən çəkilməsi faydalı qazıntılara dair saziş imzalanandan sonra açıqlaması da təsadüfi sayılmır.

Məlumata görə, bu razılaşma Ştatlara alüminium, qrafit, neft və təbii qaz da daxil olmaqla Ukraynanın təbii ehtiyatlarının inkişafı ilə bağlı yeni investisiya layihələrinə imtiyazlı giriş imkanı verəcək.

Sənədə əsasən, Ukrayna yeni icarə haqqı və yeni sahələrdə faydalı qazıntıların çıxarılması üçün yeni lisenziyalardan əldə olunan bütün gəlirinin 50 faizini bu fonda verəcək. ABŞ və Ukrayna fondun idarə olunmasında bərabər səsə sahib olacaqlar.

Sazişdə vurğulanan bəzi məsələlər bunlardır:

- Ukrayna heç nə vermir - bütün mülkiyyət və nəzarət onun əlində qalır. Ölkənin təbii sərvətləri, şirkətləri, resursları ukraynalılara məxsusdur; - Tərəflərin heç birinin səsvermədə üstünlüyü yoxdur; - Ukrayna ABŞ-yə borclu deyil. Fond kredit deyil, investisiya platformasıdır; - Saziş Ukrayna Konstitusiyasına zidd deyil. Bu onun Avropa inteqrasiyası kursuna uyğundur; - Pul yalnız yeni lisenziyalardan gəlir. Fonda maliyyə vəsaitləri mövcud olanlardan deyil, yalnız yeni yataqlardan gələn gəlirlərdən daxil olur; - Ağ ev ABŞ və Avropa İttifaqından investisiyaların cəlb olunmasına yardım edəcək; - Pulların tam olaraq nəticəyə işləməsi üçün Fond vergi ödəməyəcək; - ABŞ pul və yardım verir (məsələn, HHM). Ukrayna yeni yataqlardan gələn gəlirlərin bir hissəsini qoyur. Tərəflər yeni layihələrə yalnız Ukraynada sərmayə qoymağa birlikdə qərar verəcəklər. Bu, hasilat, infrastruktur, neft və qaz sahələrini əhatə edə bilər; - İlk 10 il ərzində mənfəət bölünmür. Hamısı Ukraynanın bərpasına gedəcək.

Ukrayna hökumətinin başçısı Denis Şmıqalın sözlərinə görə, saziş əsasən ölkəsi təbii sərvətləri, resursları və infrastrukturu üzərində tam nəzarəti saxlayır.

Saziş Ukraynanın ABŞ qarşısında əvvəllər iddia olunan birbaşa borc öhdəliklərini nəzərdə tutmur.

Donald Tramp bildirib ki, ABŞ Ukraynada mineralların təhlükəsiz hasilatını təmin edəcək. ABŞ-nin maliyyə naziri Skott Bessent bir müddət əvvəl bildirmişdi ki, onlar nadir torpaq metalları axtarır və bunları təhlükəsiz yerdə hasil etməyə icazə verən müqavilə bağlayıblar: “ABŞ-nin iştirakı bir çox aktorları ölkədən kənarda saxlayacaq, ərazidə qazma işləri apardıqda, onlar buna hörmət edəcəklər”.

Volodimir Zelenskinin sözlərinə görə, sənəd Ukraynaya sərmayələr üçün imkan yaradan real bərabərhüquqlu müqavilədir.

Ağ Ev bu sazişdən böyük fayda böyük fayda əldə edəcəklərinə dair açıqlama yayıb. Ağ Evin mətbuat katibi Karolin Livitt bildirib ki, bu, Ukraynanın dirçəlməsinə və uzunmüddətli iqtisadi uğuruna yönəlmiş ilk belə iqtisadi tərəfdaşlıqdır.

Sazişn imzalanmasını Donald Trampın başçılığı altında ABŞ-nin Ukrayna ilə bağlı planının birinci mərhələsinin başa çatması kimi dəyərləndirmək olar. O, prezidentliyinin birinci yüz günlüyündə sazişin imzalanmasını həll edib. Növbəti yüz günlükdə belə ehtimal etmək olar ki, əsas diqqət atəşkəsə ayrılacaq. Çünki ABŞ Ukrayna ərazisində hasilata başlayacağı halda Rusiyanın o bölgələrə hücum etməsi yazılmış və yazılmayan bütün normaların pozulması kimi dəyərləndiriləcək.

ABŞ Rusiya ilə Ukrayna arasında vasitəçilkdən imtina edərək, missiyanı Avropanın üzərinə qoymağa çalışır. Temmi Bryus deyib ki, Avropa bu müharibəyə son qoymaq üçün real resurslar və siyasi iradə ilə addım atmalıdır.

Sazişin imzalanması, Ağ evin vasitəçilik missiyasında imtina etməsi Rusiya ilə müharibədə Ukraynanın məğlubiyyətinə səbəb ola bilər. Çünki Avropa İttifaqı müharibədə Moskvaya qarşı hərbi, siyasi müqavimət göstərməyə qadir deyil. Qitə ölkələri 25 minlik sülhməramlını Ukraynaya göndərməkdə çətinlik çəkməsi onların siyasi iradəsinin zəifliyindən xəbər verir. Rusiya xəbərdarlıq edərək bildirib ki, bu addım dünya müharibəsinə səbəb olar. Ona görə də İttifaq bu məsələdə daha çox ABŞ-yə arxalanır. Ağ ev vasitəçilikdən imtina etməklə avropalılara vəziyyətlərini göstərə bilib. Bununla da Ştatlar Ukrayna sərvətlərini Aİ ilə bölünməyəcəyi anlamına gələ bilər. Pay almaq üçün Avropa İttifaqı Moskva ilə Kiyev arasında atəşkəs haqqında razılığı əldə edilməsi üçün özünü sınamalı olacaq.

Beləliklə, ABŞ bu mərhələdə iki istiqamətdə uğur əldə edib: biri Ukrayna ilə sazişin imzalanması, o biri isə Rusiya ilə danışıqlara nail olmaq.

Bundan sonra növbə Avropa İttifaqınındır. Böyük güclər aralarında razılığa gələ bilmədiklərindən Ukraynada müharibə davam edir. Rusiya isə yeni ərazilər tutmaq üçün əməliyyatlar keçirir, Şimali Koreya hakimiyyətinə təşəkkürlərini bildirir...

Sədrəddin Soltan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 May 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see183

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see182

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see153

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see151

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see133

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see129

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see127

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see127

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see126

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see125

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see124

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see123

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see122

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see122

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see121

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see121

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see121

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri