Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ukrayna xərcləndi: ABŞ və Avropa İttifaqı arasında qarşıdurma artır ŞƏRH

Ukrayna xərcləndi: ABŞ və Avropa İttifaqı arasında qarşıdurma artır ŞƏRH

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ və Avropa İttifaqı arasında qarşıdurma şiddətlənir. Ukrayna isə taleyin ümidinə buraxılıb. Hər gün işğalçılar yeni-yeni ərazilərini tutur, şəhərlərini dağıdır, insanlar ölür. Hətta iş o yerə çatıb ki, ABŞ indiyə qədər Ukraynaya ayırdığı maliyyənin geri qaytarılmasını tələb edir. Bu gərginlik xüsusilə Münxen Təhlükəsizlik Konfransında daha qabarıq üzə çıxıb. ABŞ Prezidenti Donald Tramp konfransa qatılmaqdan imtina etdi və onu tədbirdə vitse-prezident əvəzlədi. Bu nümayişkənarə imtina onun Avroatlantik İttifaqının dəyərlərinə bəslədiyi mənfi münasibətin göstəricisi kimi qəbul edildi. 

Ukraynanın yaşadığı gərginlikdə şübhəsiz ki, əvvəlki ABŞ administrasiyasının, xüsusilə də Cozef Bayden və Antoni Blinkenin yarıtmaz siyasəti də az rol oynamadı. Bugünkü ABŞ-Avropa İttifaqı arasında gərginliyinə görə ultra liberal və liberalo-faşist ideologiyasını yürüdən Bayden-Blinken administrasiyası birbaşa məsuliyyət daşıyır. Bu iddianı da əksəriyyət indi birmənalı şəkildə qəbul edir. Münxen Təhlükəsizlik konfransında ABŞ vitse-prezidentinin çıxışı bütün Qərb dünya və elita üçün “soyuq duş” oldu. Görünən odur ki, ABŞ və Avropa İttifaqının strateji hədəfləri artıq ayrılıb. On ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində Moskva az qala qalib tərəf kimi göstərilir. Artıq XİN rəhbərləri səviyyəsində görüşlər baş tutub və gələcəkdə də bu proses prezidentlər səviyyəsində davam etdiriləcək. Mülahizələrə görə, Tramp-Putin sövdələşməsi növbəti mərhələdə ABŞ-Rusiya tərəfdaşlığına qədər inkişaf da edə bilər. Ağ Evin Kremllə məxfi təmasların nəticələrindən hələlik məmnun olduğu da müşahidə olunur. Ukrayna Prezidenti Volodimir Zelenskinin Tramp-Putin sövdələşməsinin nəticələrini tanımayacağını bəyan etməsi Ağ Ev sahibini ciddi şəkildə qəzəbləndirib. Çünki prezident Volodimir Zelenski Türkiyənin də dəstəyini arxasına alaraq, Ukrayna üçün təhlükəli anlaşmanı rədd edirsə, bu, Tramp planının pozulmasına səbəb ola bilər. Və bu səbəbdən də, Ağ Ev sahibi Ukrayna prezidentinə qarşı şantaj xarakterli sərt ittihamlar irəli sürür. ABŞ və Avropa İttifaqı arasında qarşıdurmanın durmadan artması, Donald Trampın açıqlamaları, artıq “Kollektiv Qərb” anlayışının olmadığını və ya süqut etdiyini göstərir. Artıq qlobal media Rusiya-Ukrayna savaşından daha çox ABŞ-Avropa qarşıdurmasını müzakirə edir. Hadisələrin təhlili deməyə əsas verir ki, Yeni Dünya Nizamında parçalanmış Şimali Atlantika bloku arasındakı rəqabət həlledici olacaq. NATO-nun beyin ölümü keçirdiyini, Avropa ordusu qurulmasının zəruriliyini Fransa prezidenti Emmanuel Makron hələ Ukrayna savaşı başlamadan öncə dilə gətirmişdi. Ukrayna prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransında bu fikirləri yenidən gündəmə gətirdi. Avropanın təhlükəsizliyinin Avropa tərəfindən təmin edilməsi fikri ona görə aktuallaşdı ki, bir çox strateqlər ABŞ-nin, günün birində oyun qaydalarını dəyişəcəyini hesablamışdırlar. Elə dünən Almaniyanın məhşur “Bild” qəzeti ABŞ və Rusiya arasında Əl-Riyadda baş tutan görüşdə Amerika qoşunlarının 1990-cı ildən sonra NATO-ya üzv olan ölkələrin ərazisindən çıxarılmasının mümkünlüyü barədə müzakirələrin aparıldığını yazdı. Donald Trampın Ukraynaya qarşı sərt tutumu, ölkənin 500 milyard dollar dəyərində qiymətləndirilən zəngin yeraltı minerallarına çökmək niyyəti Avro-Atlantik məkanı heç də yaxşı günlərin gözləmədiyinin işarəsi sayıla bilər. Qərbin öz qurduğu oyun öz başında çatladı. 1938-ci ildə Münxen Anlaşması ilə Sudet vilayəyətini Almanlara peşkəş edib Çexoslavakiya nümayəndələrini qapı arxasında qoyanlar bu gün özləri qapı arxasında qaldı. Ukraynanın faciəsi həm də ölkənin güclü liderinin olmamasındadır və bu bizim üçün tanış mənzərədir. Həmin ultra liberal qüvvələr (Nuland və s.), psevdo demokrat düşərgəsindən siyasətçiləri NED, NDİ və s. fondlar vasitəsilə Azərbaycanda rəngli inqilablar təşkil etmək istəyirdilər. Öz təbliğatları ilə Azərbaycan gənclərində Qarabağa bağlılığı unutdurmağa çalışırdılar, LQBT fəalları Azərbaycan ailəsi modelini dağıtmaq istəyirdilər. Lakin bütün çirkin istəkləri elə arzu olaraq qaldı da. Səbəb odur ki, Ukraynadan fərqli Azərbaycanın rəhbərliyində güclü lider var və o həmin təhdidləri görərək vaxtında lazımi addımlar atdı, iqtidar-xalq birliyini təmin etdi, güclü ordu, müstəqil xarici siyasət və s. ilə təhdidləri neytrallaşdırdı. Azərbaycan heç zaman imkan verməyəcək ki, onun ərazisi digər dövlətlərdəki kimi rəngli inqilablar, siyasi eksperimentlər üçün bir poliqon olsun.


Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Ukraynanın iştirakı olmadan münaqişənin həlli üçün Moskva və Vaşinqton arasında ikitərəfli danışıqların aparılması ukraynalılarla yanaşı, dünya birliyini də şoka salıb. Ekspertin sözlərinə görə, bu mənada Ukrayna prezidenti Vladimir Zelenskinin Tramp-Putin danışıqlarının nəticələrinə məyus və əsəbi reaksiyasını başa düşmək olar: 

"O bildirib ki, Kiyevin iştirakı olmadan Ukrayna ilə bağlı hər hansı ikitərəfli danışıqların nəticələrini qəbul etməyəcək. Zelenski həmçinin, ABŞ prezidenti Donald Trampın ona zəng etməzdən əvvəl Rusiya lideri Vladimir Putinlə telefonda danışmasını olduqca xoşagəlməz hal kimi qiymətləndirib. Göründüyü kimi Zelenski yeni reallıqları qəbul etmək istəmir və buna hazır deyil. Yeni reallıqları isə ABŞ-ın yeni prezidenti Donald Tramp diktə edir. Seçki kampaniyasının gedişində tez-tez "Öncə Amerika!" şüarını səsləndirən D.Tramp bu gün Yaxın və Orta Şərqdəki münaqişəni də, Rusiya-Ukrayna müharibəsini də ilk növbədə məhz ABŞ-ın maraq və qazanclarından, dividentlərindən çıxış edərək həll etməyə çalışır. Burada sözsüz ki, Trampın biznesmen keçmişi də kifayət qədər ciddi təsirə malikdir. O, hər şeyə mənfəət gözüylə baxır. Ukrayna məsələsi də Trampın baxış açısından ABŞ üçün böyük mənfəətlər əldə etmək imkanı yaradır".

Analitik vurğulayıb ki, bu müharibəni dondurmaqla ABŞ həm Rusiyanı neytrallaşdıra və Çinə qarşı təzyiqləri artırmaq imkanı əldə edə bilər. Həm də  Ukraynaya dəstəyini davam etdirməsinin qarşılığında Vaşinqton Kiyevdən olduqca sərfəli zəmanət almağı düşünür: "Söhbət ABŞ-ın Ukrayna ordusuna maddi və hərbi-texniki dəstəyinin əvəzində zəmanət olaraq Ukraynanın nadir torpaq sərvətlərini almaq planından gedir. Tramp açıq şəkildə bəyan edir ki, “beləliklə, biz pulumuz qarşılığında zəmanət alırıq. Biz pulumuz qarşılığında – onların nadir torpaqları, nefti və qazı və başqa çox şeyləri var ki, onları zəmanət olaraq alacağıq. Və biz pulumuza zəmanət istəyirik. Onlar buna razılaşıb. Ukrayna buna razılaşıb". Şübhəsiz ki, Tramp bu yolla Birləşmiş Ştatları Ukrayna müharibəsinin doğurduğu əlavə xərclərdən azad etməyə cəhd göstərir və eyni zamanda ABŞ-ın indiyə qədər Ukraynaya göndərdiyi böyük məbləğdə yardımları kompensasiya etməyə çalışır. Bunu Zelenski də başa düşür və ona görə də Trampın fürsətçi şərtləri ilə məcburən də olsa razılaşıb. Lakin bu razılaşmanın qarşılığında Zelenski də Trampdan etibarlı zəmanət istəyir. Zelenski özünün yeganə zəmanət tələbini vurğulayıb – Ukraynanın NATO-ya üzv olması və təhlükəsizlik təminatı. "Mən prezident Trampdan istəmişəm ki, bizə bu təhlükəsizlik zəmanətlərini versin, Ukraynaya kömək etsin, bizi gücləndirsin”,- Volodimir Zelenski deyib".

Ekspert qeyd edib ki, lakin Trampla Putinin razılaşmasının üzə çıxan ilkin detalları isə onu göstərir ki, Zelenskinin tələb etdiyi bu zəmanətlər havadan asılı qalacaq: "Bu razılaşmanın son nəticəsində yeganə uduzan tərəf də məhz Ukrayna olacaq. Belə ki, nəticə etibarilə tərəflərdən biri (yəni ki, Rusiya) əraziləri götürür, o biri isə Ukraynanın sərvətlərini ələ keçirir. Ortada bədbəxt olan yeganə tərəf isə Ukrayna xalqı olur. Məhz buna görə də ABŞ prezidenti “Ukrayna 2014-cü il öncəki sərhədlərini unutsun və Rusiya ilə barışsın” deyir. Odur ki, Ukraynanın prezidenti “bizsiz anlaşma olmaz” desə də, lakin sonda ABŞ-sız Rusiyaya qarşı savaşı davam etdirə bilməyəcəyini anlayaraq, istər-istəməz Trampın şərtlərini qəbul etməli olacaq. Bu isə həm Ukraynanın, həm də ki, şəxsən Zelenskinin məğlubiyyətini təsdiqləyəcək. Və belə bir əzici məğlubiyyətin məntiqi nəticəsi kimi Zelenski atəşkəsin əldə edilməsindən dərhal sonra böyük siyasətdən gedəcək. Beləliklə, Ukrayna xalqı torpaqları işğal olunmuş xalq taleyini yaşamağa başlayacaq. Bu, həqiqətən də acı sonluqdur. Vaxtilə biz də Birinci Qarabağ müharibəsindən sonra oxşar acıları yaşamışıq. Torpaqlarımız 30 ilə yaxın erməni işğalı altında qalıb. Lakin biz bu ağır sınaqdan üzüağ çıxmağı bacardıq. Prezident İlham Əliyevin uğurlu siyasəti və Ordumuzun rəşadəti sayəsində Qələbə qazanmağı, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməyi, separatçılığın kökünü kəsməyi bacardıq. Ümid edək ki, Ukrayna da nə vaxtsa öz ərazi bütövlüyünü bərpa etməyi bacaracaq. Azərbaycanın Zəfər tarixi separatçılıqdan və işğaldan əziyyət çəkən bütün xalqlar üçün ümid mənbəyidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Fevral 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri