Icma.az
close
up
RU
Ukrayna ilə oyunda yaxşı nəticə olsa, niyə də Ayxanla davam edilməsin?

Ukrayna ilə oyunda yaxşı nəticə olsa, niyə də Ayxanla davam edilməsin?

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Millidə əvvəl-axır yerli baş məşqçi olmalıdır. Mən bunu dəfələrlə demişəm”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

Azərbaycan millisindəki müvəqqəti baş məşqçi dəyişikliyindən danışan təcrübəli mütəxəssis qeyd edib ki, Ayxan Abbasovu komandada saxlamaq olar: “Bura gələn əcnəbi məşqçilərin içərisində yalnız Berti Foqtsdan bəzi şeylər öyrənmişəm. Qalan heç bir məşqçidə bizdən üstün heç nə görmədim. Bizdə işləyən məşqçilər var. Amma onlara inanmırlar. İndi Ayxan Abbasovu müvəqqəti olaraq baş məşqçi qoyublar. Lap əladır. Cavan məşqçidir. Bu gün Ukrayna ilə oyunda millimiz yaxşı nəticə qazansa, niyə də Ayxanla davam edilməsin? Ayxan da maşallah, “Şamaxı”da da işləyir, U-21-də, indi də oldu əsas millinin baş məşqçisi (gülür). Amma mən düşünürəm ki, millinin baş məşqçisi azad olmalıdır. Yəni klubda çalışmamalıdır ki, tam gücünü milliyə verə bilsin”. 

A.Mircavadov AFFA-nın Fernandu Santuşu istefaya göndərməsi ilə bağlı da danışıb. O, bu qərarın bir qədər gec verildiyini bildirib: “Amma səhvin yarısından da qayıtmaq böyük işdir. Baxın ki, Santuş haralarda və necə işləyib. Bizim milliyə gəlməmişdən əvvəl bir neçə yerdən istefaya göndərilib. Bizə iş üçün ürəyini qoyan, işgüzar, oyunçularla dil tapmağı bacaran məşqçi lazımdır.  Bir sistem düzəltmək lazımdır. Sistem olmasa, heç nə etmək olmaz”. 

Bəs 78 yaşlı mütəxəssisin millidə görmək istədiyi yerli məşqçi kimdir? A.Mircavadov deyib: “Yerli məşqçilərimiz var, işləyə bilərlər. Mən istəmirəm onların adlarını çəkim, amma var. Ayxanın bir cümləsi çox xoşuma gəldi. Dedi ki, bu yükün altına girmək şərəfdir. O vaxt biz də yeni müstəqillik əldə edəndə bəzi məşqçilər millidə işləməkdən imtina etdilər. Çünki heç bir şərait yox idi. Mən isə tərəddüd etmədim. Çünki mənim üçün millidə çalışmaq böyük şərəfdir. Məncə, bu, hər bir azərbaycanlı məşqçi üçün belədir. Çünki biz Azərbaycanın övladlarıyıq, ölkəmizə qulluq etməliyik. Ayxandan başqa da bir neçə seçim var, amma onlara inanmaq lazımdır. 

Onu da deyim ki, indi millimiz çox ağır vəziyyətdədir. Yaşlı oyunçular millidəki son oyunlarını keçirirlər. Belə oyunçular hər mövqedə var. Cavan oyunçuların isə keyfiyyəti istənilən qədər deyil, bunu artırmaq lazımdır. Bu da dəfələrlə demişik ki, klublarda olur”. 

Qurban Qurbanov, Rəşad Sadıqov, Ayxan Abbasov, Samir Abasov, Tərlan Əhmədov və Azər Bağırov kimi mütəxəssislər futbol ictimaiyyəti tərəfindən milli üçün əsas namizəd kimi göstərilir. A.Mircavadov bildirib ki, bu siyahını genişləndirmək də olar: “Bura Şahin Diniyevi də artırardım, Mahmud Qurbanovu da. Baş məşqçi olmasa da, köməkçi məşqçi kimi Mahmuddan istifadə etmək lazımdır. Sadəcə, inanmaq qalır”. 

Azərbaycan millisinin sabiq çalışdırıcısı onu da deyib ki, AFFA-nın əcnəbi məşqçi seçimini başa düşə bilmir: “Əcnəbi mütəxəssis gətiriləndə mən özüm də məətəl qalıram. Belə məşqçilərə kulli miqdarda maliyyə gedir. Mənim hələ yadıma gəlmir ki, bir azərbaycanlı məşqçi təzminat tələb etsin. Bizdə başqa bir qürur, xasiyyət var. Əcnəbi məşqçi isə müqavilə bağlayanda hər detala fikir verir. Mən çox vaxt heç müqaviləni oxumamışam, elə qol çəkmişəm. Bilmirəm, mən düz edirəm, yoxsa onlar. Amma hər şey qarışılıqlı olmalıdır. Yəni yerli məşqçilərə də düzgün münasibət göstərilməlidir. Səhvlər hamıda olur, amma inanmaq şərtdir. Lap əvvəldən belədir. Həmişə də görürlər ki, bizim sözümüz düz çıxır. Hadisələr çoxdur, amma istəmirəm danışım. Çüki artıq üzərindən illər keçib”.

Ramiq Ağaməmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://qol.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri