Icma.az
close
up
RU
Yaxşı redaktor yaralı yerimizdir Azər Ayxanla MÜSAHİBƏ

Yaxşı redaktor yaralı yerimizdir Azər Ayxanla MÜSAHİBƏ

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Globalinfo.az saytının 2 yaşı tamam olub.

Globalinfo.az-ın xüsusi günündə saytın təsisçisi Azər Ayxan Modern.az-ın həmsöhbəti olub.

- Azər bəy, media məkanında 2 ildir mövcud olan Globalinfo.az özünə layiqli yer tapa bilibmi?
 

- Media elə bir sahədir ki, orada sabit qalmaq mümkün olmur. Yerdəyişmələr baş verir. Xəbərin aktuallığına, eksklüzivliyin çoxluğuna, yanaşma orijinallığına görə tez-tez İP-də dəyişiklik olur. Amma ilk 10-luq, ilk 15-lik, ilk 20-likdə qərarlaşmaq, orda mövqeyini qorumaq heç də asan deyil. Biz qısa müddətdə bunu bacardıq. İllərin saytları ilə yarışmaq, onların arasında yer tutmaq, mövqeyə sahiblənmək asan iş deyil. Bunun üçün kollektiv əmək, orijinal yanaşma, siyasi dünyagörüş, əzm, peşəkarlıq tələb olunur. Globalinfo.az kollektivində sadaladığım keyfiyyətlər olduğundan, koordinasiya yaxşı təşkil edildiyindən, illərlə yığılmış təcrübədən səmərəli istifadə nəticə verdi.
 

- Bu 2 ili necə xatırlayırsınız?
 

- Sanki iki gün öncə kimi xatırlayıram. Biz saytı 2022-ci ilin sentyabrından onlayn rejimdə çalışdırmağa başladıq. Amma tələsmədik. Düşündük ki, baza yığaq, kollektivi formalaşdıraq, ofisə köçək, özəl yazılar hazırlayaq, sonra elan edək. Bu da 2 aya yaxın çəkdi. Başımız işə o qədər qarışır, elə ciddi çalışırıq, bəzən günlərin, ayların, illərin necə gəlib keçdiyini fərq etmirik. Şikayətçi deyilik, duaçıyıq...
 

- Sayt olaraq, qarşınıza qoyduğunuz əsas hədəfləriniz nələrdir?
 

- Çox oxunmaq, sevilmək. Təbii, pul qazanmaq kimi hədəfimiz də var. Media həm də biznes strukturudur. Reklam bazarından biz də öz payımızı almağa çalışırıq. Amma bundan öncə istərdik ki, reklam bazarı daha yaxşı formalaşsın, ədalətli bölgü olsun. Haqqı çatan saytlar bu bazardan gəlir əldə edib daha da böyüsün. Böyümək, inkişaf etmək, qlobal mediaya çevrilmək əsas hədəfimizdir.
 

- Hazırda kadr baxımından vəziyyət necədir?
 

-Yaxşı müxbir tapmaq, ya da onu yetişdirmək mümkündür. Amma yaxşı redaktor tapmaq... Bu məsələ yaralı yerimizdir. Azərbaycan mediasında çox ciddi redaktor defisiti var. Məncə, bu məsələ çox ciddi şəkildə nəzarətə götürülməli, kadrların yetişməsi üçün lazımlı addımlar atılmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Noyabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri