Icma.az
close
up
RU
Ukrayna ilk dəfə Azərbaycan qazını aldı “Trans Balkan” kəməri əvvəllər Rusiya qazını daşıyırdı

Ukrayna ilk dəfə Azərbaycan qazını aldı “Trans Balkan” kəməri əvvəllər Rusiya qazını daşıyırdı

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukraynanın enerji bazarında əhəmiyyətli bir yenilik baş verib: Kiyev tarixdə ilk dəfə olaraq Azərbaycan qazını alıb. “Naftogaz Group” Azərbaycanın SOCAR şirkətinin Ukraynadakı törəmə qurumu olan SOCAR Energy Ukraine ilə təbii qaz tədarükünə dair ilk müqavilə imzalayıb.

Məlumata görə, sınaq xarakterli qaz partiyası "Trans-Balkan" marşrutu vasitəsilə – Bolqarıstan və Rumıniya ərazisindən keçərək – Ukraynaya çatdırılıb. Qeyd edək ki, bu marşrut əvvəllər əsasən Rusiya qazının ötürülməsi üçün istifadə olunurdu.

Ukrayna KİV-lərinin və “Naftogaz” nümayəndələrinin bildirdiyinə görə, bu hadisə ölkənin qaz mənbələrinin diversifikasiyası baxımından əlamətdar mərhələ hesab olunur. Azərbaycanla imzalanmış bu ilk real qaz müqaviləsi, xüsusən də Rusiya ilə davam edən müharibə fonunda, Kiyevin enerji təhlükəsizliyi strategiyasına mühüm töhfə verir.

Rəsmi Bakıdan hələlik bu xəbərlə bağlı geniş açıqlama verilməyib. Bununla belə, Azərbaycanın son illərdə Avropa və region ölkələri ilə enerji əməkdaşlığını dərinləşdirməsi kontekstində bu addım SOCAR-ın strateji şaxələnmə siyasətinə uyğun bir təşəbbüs kimi qiymətləndirilir.

Qeyd edək ki, "Trans-Balkan" qaz kəməri ötən illərdə əsasən “Cənub Axını” və “Türk Axını” layihələri çərçivəsində istifadə olunub. Azərbaycanın bu marşrutla Ukrayna bazarına daxil olması isə regionda enerji marşrutlarının yenidən formalaşdığını göstərir.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 İyul 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see199

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see173

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see158

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri