Icma.az
close
up
RU
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır?

Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır?

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gürcüstan 2007-ci ildən bəri ilk dəfə olaraq Rusiya qazına Azərbaycan qazından daha çox pul xərcləyib. Haqqın.az Gürcüstanın Dövlət Statistika Xidmətinin məlumatına istinadən belə yazır.  “Geostat”ın saytında yerləşdirilən məlumata görə, bu ilin yanvar-mart aylarında Tiflis Rusiya qazı üçün 100,6 milyon dollar, Azərbaycan qazı üçün isə 82,4 milyon dollar ödəyib. Azərbaycanın rəsmi statistikasına əsasən birinci rübdə Gürcüstana 700 min kubmetr qaz satılıb. Bu isə isə qazın 117,7 dollara satıldığı anlamına gəlir.

Agentliyin məlumatına görə, 2025-ci ilin birinci rübündə Gürcüstan ümumilikdə 183,05 milyon dollar dəyərində təbii qaz idxal edib. Başqa təfərrüatlar verilmir, lakin ekspertlərin fikrincə, Azərbaycan qazının idxalının həcmi hazırda Rusiya qazını üstələyir və bu, güzəştli qiymətlər, o cümlədən Türkiyə və Avropa İttifaqı ölkələrinə tranzit üçün nəzərdə tutulan imtiyazlarla əlaqədardır. 2007-ci ilə qədər Gürcüstanın əsas təbii qaz tədarükçüsü Rusiya idi. Lakin 2006-cı ildə Bakı-Tiflis-Ərzurum qaz kəmərinin istifadəyə verilməsindən, elə həmin il Gürcüstanla Rusiya arasında baş verən casus qalmaqalından və 2008-ci ilin avqust müharibəsindən sonra  Tiflis Azərbaycan qazına yönəldi.

Son illər Rusiyadan qaz alışı yenidən artmağa başlayıb. Gürcüstanın İqtisadiyyat Nazirliyi bu tendensiyanı şərh edərkən bunun daxili tələbatın artması ilə əlaqədar olduğunu və Azərbaycandan tədarükün texniki və hüquqi şərtlərin icazə verdiyi hədlər daxilində həyata keçirildiyini izah edib: “Rusiya qazının idxalı yalnız minimum lazımi həcmdə həyata keçirilir və əsasən qaz sənayesində balansın doldurulması və saxlanması üçün istifadə olunur, xüsusən qışda istehlak pik həddə çatdıqda”.

Əvvəllər Gürcüstan Rusiya qazının Ermənistana tranziti üçün həcmin 10 faizini alırdı. Daha sonra “Qazprom Export”un təzyiqi ilə müqavilənin şərtlərinə yenidən baxıldı. Sazişin təfərrüatları kommersiya məxfiliyinə görə açıqlanmır, lakin “Exo Kavkaza”nın 2024-cü ildə tənzimləmə komissiyasının məlumatlarına istinadən verdiyi məlumata görə, Rusiya qazının qiyməti min kubmetr üçün təxminən 180 dollar qiymətləndirilib.

2024-cü ilin əvvəlinə tərtib edilmiş enerji balansına əsasən, Gürcüstanın qaza olan ümumi tələbatının (3 milyard 231 milyon kubmetr) 3 milyard 17 milyon kubmetrinin Azərbaycandan, 200 milyon kubmetrinin Rusiyadan idxal hesabına ödənilməsi nəzərdə tutulmuşdu.

Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi statistikasına əsasən 2024-cü ildə Gürcüstana 322 milyon 706,07 min dollar dəyərində 3 milyard 266 milyon 196,03 min kubmetr qaz ixrac edilib. Bu göstərici ilə hesabladıqda qazın min kubmetrinin 98 dollara satıldığı aydın olur. Lakin Energetika Nazirliyinin statistikasında Gürcüstana qaz ixracının həcmi 2,4 milyard kubmetrdən bir qədər artıq göstərilir.

2024-cü ildə Gürcüstan Rusiyadan 145,7 milyon dollar dəyərində boru qazı alıb ki, bu da 2023-cü illə müqayisədə 32 faiz çoxdur. 2023-cü ildə Gürcüstan Rusiya qazına görə 110 milyon dollardan çox pul ödəmişdi. Getdikcə artan maye qaz idxalı ilə birlikdə ötən il gürcülər Rusiyadan 180 milyon dollarlıq təbii qaz alıblar. Bunu Gürcüstanın Milli Statistika Xidmətinin məlumatları sübut edir.

Xidmətin məlumatına görə, Tiflis ötən il Bakıdan 254 milyon dollardan artıq qaz alıb. Bu rəqəm 2023-cü ilin məlumatından 19 faiz azdır. 2023-cü ildə Gürcüstan Azərbaycandan 313,4 milyon dollar həcmində qaz almışdı.

Rusiya qazının idxalı 2019-cu ildən artmaqdadır və 2023-cü ildə onun həcmi 596 milyon kubmetrə çatıb. Ötən il isə göstəricinin 800 milyon kubmetri keçdiyi rəsmi rəqəmlərdən aydın olur.

Gürcüstanın İqtisadiyyat Nazirliyi bu il Rusiyadan təbii qaz alışının həcmini iki dəfə artıracağını gözləyir. Bu barədə Sputnik Gürcüstan məlumat yayıb. Məlumata görə, nazirlik 2025-ci ildə Gürcüstanın qaz istehlakının  2,8 faiz artaraq 3,32 milyard kubmetrə çatacağını proqnozlaşdırır. Və bu həcmin təxminən 400 milyon kubmetrinin Rusiyadan, qalanının Azərbaycandan alınacağı nəzərdə tutulur. Lakin son iki ilin təcrübəsini nəzərə alsaq, proqnozun reallaşmayacağını, təbii qaz idxalında Rusiyanın payının artacağını, Azərbaycanın payının isə azalacağını əvvəlcədən görmək mümkündür. Birinci rübdə əldə olunan nəticənin ilboyu davam edəcəyi bəribaşdan məlumdur.

Qeyd edək ki, Rusiyadan qaz idxalının artması Gürcüstan rəsmilərinin izahından fərqli olaraq, yalnız tələbatın artması ilə bağlı deyil. Burada Rusiyanın Avropa bazarından çıxarılan qazı postsovet ölkələrinə satmaq istəyi də mühüm rol oynayır. Aydın məsələdir ki, Avropanın rahatlıqla 350-400 dollar ödədiyi məhsulu Gürcüstana 180, hətta 200-250 dollara belə satmaq Rusiya üçün səmərəli deyil. Lakin işlək qaz quyularını bağlamaqdansa, maya dəyəri kifayət qədər ucuz olan qazın aşağı qiymətə də olsa, kiməsə satılması daha yaxşıdır. Digər tərəfdən, Rusiya Avropaya alınmayan qazına bazar tapdığını sübut etməyə çalışır. Eyni siyasət hazırda Qazaxıstan və Özbəkistanla da yürüdülür. Moskva ucuz qiymətə qaz təklif etməklə hər iki ölkəni sürətlə öz qazına “alışdırır”. Avropaya münasibətdə baş verənlər göstərir ki, Rusiya qaz amilindən siyasi məqsədləri naminə rahatlıqla təzyiq aləti kimi istifadə edir. Bu baxımdan, həm Gürcüstanın, həm də Mərkəzi Asiya dövlətlərinin Moskvanın hazırkı və məcburiyyətdən doğan şirnikləndirici təkliflərinə ehtiyatlı yanaşmalarında fayda var.

İlham Şaban

Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanın gömrük statistikası xarici ticarətin real mənzərəsini əks etdirmir: “Mən, ümumiyyətlə, bizim gömrük statistikasında göstərilən rəqəmlərə görə nəyisə şərh etməyi düzgün saymıram. Çünki faktiki əməliyyatları deyil, bəyan edilmiş həcmi göstərir gömrük. Azərbaycan Prezidenti, SOCAR bəyan edir ki, Azərbaycan 12 ölkəyə qaz ixrac edir. Amma Gömrük Komitəsinin açıqladığı hesabatda 2024-cü ildə cəmi 6 ölkəyə qaz ixrac edildiyi əksini tapıb. Komitə hətta Azərbaycan üçün strateji sayılan ixrac məhsulları üzrə hansısa formada təhlil xarakterli bir açıqlama da vermir ki, bunun əsasında real mənzərəni şərh edə biləsən. 

Gürcüstan statistikasında da qeyri-müəyyənliklər var. Həcmi açıqlamırlar, ancaq dəyər ifadəsində enerji məhsullarını göstərirlər. Başqa bir tərəfdən, daim “neft və neft məhsulları idxalı” kimi termindən istifadə edirlər. Başqa bir tərəfdən qaz idxalı deyəndə bura əhalinin “balon qazı” kimi tanıdığı LPG maye qaz həcmlərini də əlavə edirlər (Rusiya birinci yerdədir bu məhsulun Gürcüstan bazarına ixracına görə). Amma o faktdır ki, biz 2024-cü ildə və cari ilin I rübündə Gürcüstan bazarında mavi yanacaq satışımızı azaltmışıq. Çünki digər bazarlarda, əsasən də Avropa bazarında satış həcmlərimizi artırmışıq. Öz istehsalımız artsa da, ancaq daha sərfəli bazarlarda qaz satışını Azərbaycanın maraqları naminə korrektə edirik, bunu da normal bazar münasibətləri kimi qəbul etmək lazımdır. Ona görə də hesab etmirəm ki, Gürcüstan statistikasının açıqlaması Azərbaycanın qaz ixracı siyasətində nəyinsə köklü dəyişməsini əks etdirən bir amildir. Qiymətə gəlincə, rəsmi statistikadan çıxan nəticəyə baxmayaraq, 98 dollara Gürcüstana qaz satmağımız real deyil, çünki SOCAR hesabatlarına baxsaq, Azərbaycanın daxili bazarında satılan 1000 kubmetr qazın maya dəyəri (hasilat, nəqletmə və paylanma xərcləri) 90 dollardan baha başa gəlir.

Müxtəlif konfranslarda səsləndirilən ekspert mülahizələrinə görə, Gürcüstan adətən Azərbaycandan qazı 160-170 dollara alır, Rusiya qazı isə Gürcüstana 180-190 dollara başa gəlir".

Yeri gəlmişkən, Energetika Nazirliyinin açıqladığı məlumata əsasən, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 16,7 milyard kubmetr təbii qaz hasil edilib. Bu qazın 4,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 9 milyard kubmetri “Şahdəniz”in, 0,5 milyard kubmetri “Abşeron” yatağının, 2,7 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.

Hesabat dövründə xaricə qaz satışı 8 milyard kubmetr təşkil edib. Bundan 4 milyard kubmetr Avropaya, 3,1 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1,9 milyard kubmetr), 0,9 milyard kubmetr Gürcüstana satılıb.

2024-cü ilin eyni dövründə ölkədə 16,7 milyard kubmetr təbii qaz hasil edildiyini nəzərə alsaq, hasilat həcminin dəyişmədiyini görərik. Ötən il qazın 4,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 9,2 milyard kubmetri “Şahdəniz”, 0,5 milyard kubmetri “Abşeron”, 2,6 milyard kubmetri SOCAR üzrə hasil olunmüşdü. Bu isə o deməkdir ki, “AÇG”dən hasilat 100 min kubmetr, SOCAR üzrə 100 min kubmetrə yaxın artıb, “Şahdəniz”də isə 200 min kubmetr azalıb.

Ötən ilin statistikası ilə müqayisə etdikdə, bu ilin yanvar-aprelində Azərbaycanın qaz ixracının 500 min kubmetr azaldığını görmək olar: ötən ilin eyni dövründə ixrac 8,5 milyard kubmetr təşkil etmişdi. O cümlədən Avropaya 4,2 milyard kubmetr, Türkiyəyə 3,2 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz satılmışdı. Bu isə o deməkdir ki, Avropaya ixrac 200 min kubmetr, Türkiyəyə ixrac 100 min kubmetr, Gürcüstana ixrac isə 200 min kubmetr azalıb.

Qeyd edək ki, qaz ixracında azalmanın əsas səbəbi yanvar ayında “Şahdəniz”dən sahilə gedən sualtı boru xəttində yaranan problemlə bağlı hasilatın məhdudlaşdırılmasıdır.

Birinci rübdə Azərbaycanın Gürcüstan üzərindən qaz ixracının azalması tranzit haqqına görə ödənişlərin az olması ilə bağlı ola bilər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 May 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəhrəman qazimiz televiziyalara od püskürdü: O, diqqətsizlikdən gileyləndi...

12 May 2025 20:34see391

Hər iki ayağını itirmiş qazimiz Everestə qalxacaq VİDEO

13 May 2025 01:04see165

Son zəng ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

12 May 2025 21:08see158

İsrail Qəzzaya hücumları davam etdirir

13 May 2025 01:27see148

“İRS” jurnalının italyan dilində növbəti nömrəsi nəşr edilib

13 May 2025 00:51see146

Trampın masasında gözlənilməz əşya Foto

13 May 2025 01:27see143

Bakıya gələn qatar qoyun sürüsünə çırpıldı 37 heyvan tələf oldu

13 May 2025 19:20see141

Vasili Berezutski Moskvaya dönür

12 May 2025 22:18see140

Tramp: ABŞ və Çin sıçrayışla ticarət razılaşmalarına nail olublar

14 May 2025 01:01see134

Ceki Çan filmlərdəki tryukları özünün etməyini nə vaxt dayandıracağını açıqlayıb

13 May 2025 04:49see133

Pakistan və Hindistan RAZILIĞA GƏLDİ Trampın zəngindən sonra… KONKRET

13 May 2025 18:27see130

Bağçalıya maraqlı hədiyyə Putin, Tramp, Makron... FOTO

12 May 2025 22:50see128

“Sevilya” evdə 3 xala sevindi 8 oyundan sonra

14 May 2025 01:32see124

Kamran taksi sürücülərindən şikayətləndi Video

13 May 2025 21:28see123

Səudiyyə Ərəbistanı Trampa verdiyi vədi yerinə yetirə bilməyəcək?

13 May 2025 02:46see123

Əsl gözəllik odur ki...

12 May 2025 20:05see121

Telefonu məhv edən 10 vərdiş Təhlükəlidir

14 May 2025 02:03see119

Qurbanlar susur, cinayətlər genişlənir: İnsan alverinə qarşı mübarizədə yeni səfərbərlik elan edilib

14 May 2025 03:50see119

Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə

13 May 2025 18:48see117

Gəncədə 18 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi açılıb YENİLƏNİB 2

13 May 2025 18:08see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri