Icma.az
close
up
RU
Ukrayna işğalçını öz ərazisindən sıxışdırıb çıxaracaq Polkovnik

Ukrayna işğalçını öz ərazisindən sıxışdırıb çıxaracaq Polkovnik

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Xarici medianın məlumatına əsasən, Ukraynaya Qərbdən gələn hərbi və maliyyə dəstəyi sürətlə azalır. Avropa isə bu çatışmazlığı kompensasiya etməkdə çətinlik çəkir. İlin əvvəlində Qərb ölkələrinin Kiyevə hərbi yardımı xeyli azalıb. Əvvəllər Ukraynanın əsas silah donoru olan ABŞ Donald Trampın prezident kimi andiçməsindən sonra yeni hərbi tədarükləri dayandırıb.

Hərbi yardımın azaldılması Ukraynaya necə təsir edir? Belə bir vəziyyət Rusiyanın hərbi üstünlüyünü gücləndirirmi?

Redaktor.az-a bu mövzuda hərbi ekspert, polkovnik Üzeyir Cəfərovun fikirlərini öyrəndi. Onun sözlərinə görə, Qərb başa düşür ki, Ukrayna təkcə özünə görə deyil, o cümlədən Avropaya, Qərbə görə də savaş aparır:

"Əlbəttə ki, dəstəyin azalması Ukrayna üçün müəyyən problemlər yaradır, amma bu faciəvi deyil. Çünki Ukrayna artıq özünün hərbi sənaye kompleksini sürətlə artırır. Əliyalın 2022-ci ildə müharibəyə başlayan Ukrayna artıq yavaş-yavaş öz daxili tələbatının yarıdan çoxunu daxili imkanları hesabına həll edir. Əlbəttə ki, hərbi yardımlar Ukrayna üçün böyük dəstək idi, amma Ukrayna özü də iki növbəli, hətta bəzi yerlərdə üç növbəli fəaliyyət nəticəsində öz hərbi sənaye kompleksini işlədir. Ümid edirəm ki, Ukrayna faciəli duruma düşməyəcək".

Polkovnikin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp öz qeyri-ciddiliyini davam etdirir.

"Zelenski ilə Vaşinqton görüşündə Ukraynaya qarşı Rusiyanın hekayələrini səsləndirib. Yəni Ukraynanı işğalla barışma təklifi təəccüblü deyil. Ukraynanın bu vəziyyətdə hansısa bir güzəştə gedəcəyini düşünmürəm. Hesab edirəm ki, Ukrayna Rusiyaya qarşı öz dirənişini, savaşını davam etdirəcək və işğalçını öz ərazisindən mütləq mənada sıxışdırıb çıxaracaq. Bu, Ukrayna xalqının qətiyyəti, Ukrayna xalqının əzmidir. Ona görə Ukrayna Qərbin və yaxud da ki, Avropanın problemlər yaratmasına baxmayaraq, öz haqq mübarizəsini, müharibəsini davam etdirəcək. Rusiyanın iqtisadiyyatı bərbad bir durumdadır. Rusiyanın hansısa hərbi üstünlüyü olacağını düşünmürəm", - deyə o bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Oktyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri