Icma.az
close
up
RU
Ukrayna yaxın müddətdə bütün Rusiya ordusunu öz ərazisindən təmizləyib atacaq Polkovnik

Ukrayna yaxın müddətdə bütün Rusiya ordusunu öz ərazisindən təmizləyib atacaq Polkovnik

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya ordusunun Ukraynanın Pokrovsk bölgəsi istiqamətində son bir neçə gündə dəfələrlə hücumu dəf edilib. Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin orduya noyabrın 15-dək Mirnoqrad və bütün Pokrovsk aqlomerasiyasını ələ keçirməyi tapşırıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, Rusiya ordusunun davamlı olaraq Ukraynanın Pokrovsk bölgəsini nəzarətə götürməsi ilə bağlı cəhdləri hələlik nəticə vermir.

Onun sözlərinə görə, vəziyyət gərgin olaraq qalır:

"Düzünü desəm, bununla nəyə nail olacaqları hələ məlum deyil. Ola bilər, Rusiya Pokrovskı tutsun. Bu, o demək deyil ki, Pokrovskı, Mirnoqradı itirəndən sonra Ukrayna məğlub olacaq. Təsəvvür edin, Rusiya hər gün bir neçə yüz, bəzən bir neçə min əsgərini itirir. Bunun nəticəsi olmayacaq. Dəfələrlə olub ki, Ukraynanın ayrı-ayrı şəhərləri, bölgələri Rusiya ordusunun nəzarətinə keçib, sonra isə onları oradan çıxarıblar. Ukrayna ordusu üçün çətindir, amma bu, o demək deyil ki, vəziyyət faciəvidir. Ukrayna ordusu əlindən gələni edir və edəcək. Noyabrın 15-nə qədər o əraziləri nəzarətə götürməklə nə olacaq? Noyabrın 16-da qələbə paradımı keçiriləcək?".

Polkovnikin fikrincə, mənasız və çox ağılsız döyüşlər gedir:

"Ruslar hər döyüşdə küllü miqdarda şəxsi heyət və texnika itirirlər. Bu, Putinin eqosudur, reallığı qəbul etmək istəməməsidir. Ukrayna ordusu yaxın aylarda və yaxud da yaxın müddətdə bütün Rusiya ordusunu öz ərazisindən təmizləyib atacaq. Çünki Rusiya ordusu demoralizə olunmuş vəziyyətdədir, peşəkarlar artıq sıradan çıxarılıb. Bu mənasız müharibə Rusiyanın böyük fiaskosu ilə nəticələnir. Yəni Ukrayna öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcək. Bu gün Ukraynanın əldə etdiyi silahlar, Ukrayna Silahlı Qüvvələrinin ayrı-ayrı ölkələrdə hazırlanması - bütün bunların hamısı öz sözünü deyəcək. Burada peşəkarlıq, müasir texnika, texnologiya öz sözünü deyir və deməkdə də davam edəcək".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Noyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri