Icma.az
close
up
RU
Ukrayna İsveçdən 20 ədəd ən son model Gripen qırıcısı alır

Ukrayna İsveçdən 20 ədəd ən son model Gripen qırıcısı alır

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Ukrayna İsveçdən 20 ədəd ən son model "Gripen" qırıcı təyyarəsi almağı planlaşdırır. İsveç tərəfi isə buna paralel olaraq, növbəti hərbi yardım paketi çərçivəsində rəsmi Kiyevə köhnə modifikasiyalı 16 ədəd döyüş təyyarəsini təmənnasız bağışlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə qərar Ukrayna Prezidenti Volodimir Zelenskinin İsveçə reallaşan rəsmi səfəri zamanı açıqlanıb. Məlumatı Fransanın AFP agentliyi yayıb.
İsveç hökumətinin bəyanatına görə, Ukrayna yeni qırıcıların alınması üçün Avropa Birliyinin (AB) ayırdığı kredit vəsaitindən 2,5 milyard avro (təxminən 2,9 milyard dollar) yönəltmək niyyətindədir.
Çatdırılma nə vaxt başlayacaq?
İsveç Baş naziri Ulf Kristersson Stokholmdan 70 kilometr şimalda yerləşən Uppsala aviabazasında Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında tədarük müddətlərinə aydınlıq gətirib:
"Ən son model “Gripen E” təyyarələrinə gəlincə, əsas məqsədimiz 2030-cu ildən başlayaraq tədarüklərin həyata keçirilməsini nəzərdə tutan yekun müqaviləni tez bir zamanda imzalamaqdır".
Baş nazirin sözlərinə görə, Ukraynaya təmənnasız veriləcək 16 ədəd köhnə model qırıcı isə artıq 2027-ci ilin əvvəlində təhvil veriləcək: "Bu, İsveç üçün tarixi bir qərardır, həmçinin Ukraynanın hava hücumundan müdafiə sistemini əhəmiyyətli dərəcədə gücləndirəcək".
Ukraynanın hədəfi: 150 təyyarə
Qeyd edək ki, tərəflər ötən ilin oktyabr ayında rəsmi Kiyevin 100-dən 150-dək "Gripen E" təyyarəsi satınalmasını nəzərdə tutan niyyət protokolu imzalamışdılar.
Zelenski mətbuat konfransında Ukraynanın ümumilikdə 150 təyyarənin hamısını almağa ümid etdiyini vurğulayıb:
"Ümid edirik ki, onların hər birinin alınması üçün lazımi maliyyə vəsaitini təmin edə biləcəyik".
Xatırlatma: İsveç 2024-cü ildə Ukraynaya "Gripen" qırıcılarının göndərilməsi planlarını müvəqqəti olaraq dayandırmışdı. Buna səbəb tərəfdaş ölkələrin ABŞ istehsalı olan F-16 qırıcılarının tədarükünə üstünlük verilməsini tələb etməsi idi.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 May 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri