Kolumbiya İsveçdən 17 ədəd Gripen qırıcı təyyarəsi alacaq
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Kolumbiya və İsveç 4,4 milyard dollardan çox məbləğə 17 ədəd Saab Gripen qırıcı təyyarəsi almaqla bağlı müqavilə imzalayıblar.
APA xəbər verir ki, bunu Kolumbiya prezidenti Qustavo Petro açıqlayıb.
"Kolumbiya Müdafiə Nazirliyi ilə İsveç şirkəti Saab arasında 16,5 trilyon Kolumbiya pesosu (4,4 milyard dollardan çox) dəyərində olan müqavilə hazırda yekunlaşma mərhələsindədir. Şərtlərə əsasən 17 ədəd yeni Gripen təyyarəsi təhvil veriləcək", - o bildirib.
Kolumbiya 35 il əvvəl əldə etdiyi İsrail Kfir qırıcı təyyarələrini əvəz etmək üçün Gripen təyyarəsini alıb.
Qeyd edək ki, 22 köhnə təyyarənin texniki xidməti bu ölkənin 2024-cü ilin may ayında Qəzza zolağındakı hərbi əməliyyatdan sonra İsraillə diplomatik əlaqələri kəsməsi ilə daha da çətinləşib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 15 Noyabr 2025 07:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















