Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Ukrayna Kanadadan “Extraordinary Revenue Acceleration” (ERA) təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard ABŞ dolları (2,3 milyard Kanada dolları) alıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal teleqram kanalında bildirib.
"İlin əvvəlindən son tranş da daxil olmaqla, Rusiyanın dondurulmuş aktivləri hesabına təxminən 17,6 milyard dollar əldə etmişik", - o yazıb.
D.Şmıqal vurğulayıb ki, Ukrayna Rusiyanın dondurulmuş vəsaitlərinin tam müsadirəsində israr edir: "Bu vəsaitlər zərərçəkənlərə kompensasiyaların ödənilməsi və dövlətimizin bərpası üçün lazımdır. Bu, həmçinin gələcəkdə təcavüzkar müharibələrin qarşısını almaq üçün ədalət aktı olacaq".

Ukrayna dondurulmuş Rusiya aktivlərinin ilk tranşını Kanadadan alıb
13 Mart 2025 17:54
Ukrayna Britaniyadan təxminən 1 milyard dollar alıb, özü də...
14 Aprel 2025 20:10
Ukrayna G7 proqramı çərçivəsində ABŞdən 20 milyard dollar kredit alacaq
09 Dekabr 2024 14:09
Kanadadan İrana tələb Ukrayna təyyarəsinin vurulmasını öz üzərinə götür
09 Yanvar 2025 17:55
Ukrayna Dünya Bankından təxminən 5 milyard dollar alacaq
23 Noyabr 2024 22:13

