Ukrayna Çexiyanın təşəbbüsü çərçivəsində 4,4 milyon sursat alıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 16 fevral, AZƏRTAC
Ukraynaya Çexiyanın təşəbbüsü çərçivəsində Qərb dövlətlərinin hesabına üçüncü ölkələrdən alınmış təxminən 4,4 milyon iri çaplı sursat göndərilib.
AZƏRTAC xəbər verir ki, “ÇTK” xəbər agentliyinin məlumatına görə, Ukrayna 2024-cü ildə bu təşəbbüs çərçivəsində 1,5 milyon, ötən il isə 1,8 milyon iri çaplı sursat alıb.
Təşəbbüsə təxminən 20 ölkə qoşulub. Donor ölkələr ümumilikdə 100 milyard kron (təxminən 4,6 milyard dollar) vəsait toplayıblar. Çexiya bu təşəbbüsün həyata keçirilməsində əsasən Danimarka və Niderlandla əməkdaşlıq edir.
Rusiyanın hərbi təcavüzə başlamasından (24 fevral 2022-ci il) dərhal sonra Çexiya Ukrayna Silahlı Qüvvələri üçün sursatı üçüncü ölkələrdən Qərb dövlətlərinin hesabına almağı təklif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 16 Fevral 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















