Ukrayna kəşfiyyatı Rusiyanın 2026 cı il üçün əsas hədəflərini açıqladı
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiyanın 2026-cı il üçün əsas hədəflərini açıqlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Budanov Ukraynanın yerli “Suspilne” nəşrinə verdiyi müsahibəsində bildirib ki, Moskva Donbas və Zaporojye vilayətini tamamilə işğal etmək istəyir.
Kəşfiyyat rəisi bildirib ki, Kremlin məqsədi Rusiya hərbi planlaşdırmasında aydın şəkildə göstərilib. Bu siyahıya Donetsk vilayəti üzərində tam nəzarət, Dnepropetrovsk vilayətində maksimum irəliləyiş, Zaporojye və Xerson vilayətlərində hücum əməliyyatlarının davam etdirilməsi və sərhəd boyunca “bufer” zonalarının genişləndirilməsi daxildir.
"Bunlar onların əsas məqsədləridir. 2026-cı ildə əsas məqsəd Donbas və Zaporojye vilayətidir", - deyə Budanov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 27 Dekabr 2025 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















