Ukrayna kəşfiyyatı Rusiyanın hücum planlaşdırdığı obyektləri açıqladı
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya Silahlı Qüvvələri ukraynalıları işıq və istiliksiz qoymaq üçün Ukraynanın atom elektrik stansiyalarının (AES) yarımstansiyalarına zərbə vurmaq variantlarını nəzərdən keçirir.
"Ölkə.az" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) "Telegram" kanalında məlumat yayıb.
"Ukraynanı müharibənin dayandırılması barədə qəbuledilməz təslim tələblərini imzalamağa məcbur etmək məqsədilə Rusiya enerji sisteminin strateji obyektlərinə - Ukrayna AES-lərinin işini təmin edən elektrik ötürmə yarımstansiyalarına hücum etmək variantını nəzərdən keçirir", - məlumatda deyilir.
BKİ qeyd edib ki, bundan əvvəl Rusiya öz təzyiq kampaniyası çərçivəsində Avropa və ümumiyyətlə, Qərb ölkələrinə qarşı hədə-qorxu tədbirlərini gücləndirməyi planlaşdırır. Bu tədbirlərin məqsədi Ukraynanın dəstəklənməsinin, xüsusilə də ölkənin kritik infrastruktur obyektlərinə hücumların dəf edilməsinin qarşısını almaqdır.
Beləliklə, Moskva mülki ukraynalıları elektrik enerjisi və istiliksiz vəziyyətə salmaq istəyir.
"Moskva qeyd olunan yarımstansiyaların məhv edilməsi və ya sıradan çıxarılması yolu ilə AES-nin enerji bloklarını Ukraynanın vahid enerji sistemindən ayırmağa çalışır. Məqsəd mülki ukraynalılar tamamilə işıq və istiliksiz qoymaqdır", - BKİ-dən bildirilib.
Xatırladaq ki, 2025-ci ilin payızından Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələri bərpa edib. Bununla əlaqədar Ukraynanın bəzi şəhərləri istilik və işıqsız qalıb.(Report)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 17 Yanvar 2026 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















