Ukrayna lideri Rumıniya Prezidenti ilə görüşdü
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rumıniyanın yeni Prezidenti Nikuşor Danla görüşüb və onu seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə V.Zelenski öz sosial şəbəkə hesabında yazıb.
O qeyd edib: "Biz Ukraynada və bütün Avropada sülhün bərqərar olunması istiqamətində aparılan diplomatik işləri, xüsusən də İstanbul görüşlərini müzakirə etdik. Moskvaya hərbi sənayenini inkişaf etidrmək və müharibəyə davam etmək cəhdlərinə mane olmaq üçün Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin vacibliyi barədə fikir mübadiləsi apardıq. NATO-nun Haaqada keçiriləcək sammitinə böyük diqqət ayırdıq".
Ukrayna Prezidenti rumıniyalı həmkarı Nikuşor Dana Rumıniyanın Ukraynaya yardımının davam etdirilməsi, Aİ və NATO-ya üzvlüyü məsələsində bizə göstərdiyi dəstək üçün təşəkkür edib.
O bildirib ki, Rumıniya Prezidenti Odessada keçirilməsi nəzərdə tutulan Ukrayna-Şərqi Avropa sammitində şəxsən iştirak edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 02 İyun 2025 22:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















