Ukrayna Mariupolun qaytarılması ilə müharibəni dayandırmağa razıdır “The Telegraph”
Icma.az, Hurriyyet saytına istinadən bildirir.
Ukrayna Mariupolun qaytarılması ilə müharibəni dayandırmağa razıdır. Bu barədə Ukrayna prezidentinin aparatının rəhbəri, ölkənin “boz kardinalı” Andrey Ermak Britaniyanın “The Telegraph” nəşrinin videobloqunda bildirib.
Ermakın sözlərinə görə, bu mərhələ Qərbin beynəlxalq təşkilatlara inamını qoruyub saxlamağa kömək edəcək.
“Əsas odur ki, bu müharibə necə bitəcək. Əminəm ki, insanlar bu müharibənin bitməyəcəyini düşünsələr, o zaman Putinin son 80 ilin ən böyük sərhəd dəyişikliklərini dondurmaq imkanı olacaq. Əgər biz bu müharibəni bitirsək və Rusiya qüvvələrini genişmiqyaslı işğalın başladığı xəttə qaytarsaq, demokratiyanın gücü və bütün dünyanın əsl potensialı nümayiş etdiriləcək.
Bu, sadə insanların sözdə deyil, beynəlxalq hüquqa və beynəlxalq təşkilatlara inanmağa davam etməsi üçün bir arqumenti olacaq”, deyə Ermak bəyan edib.
Ülviyyə, Hurriyyet.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 05 Dekabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















