Icma.az
close
up
RU
Ukrayna mətbuatı: Qarabağ a azərbaycanlı Aleks Ferqyuson rəhbərlik edir

Ukrayna mətbuatı: Qarabağ a azərbaycanlı Aleks Ferqyuson rəhbərlik edir

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo Kiyev" – "Qarabağ" oyunu ərəfəsində Ukrayna mətbuatı Azərbaycan çempionu və baş məşqçi Qurban Qurbanov haqqında geniş təhlil dərc edib.

Teleqraf xəbər verir ki, "champion.com.ua" nəşri "Qarabağ"ın son illərdə qazandığı uğurların təsadüfi olmadığını vurğulayaraq, bunun əsas səbəbkarı kimi 18 ildir komandaya rəhbərlik edən Qurban Qurbanovu göstərib.

Məqalədə qeyd olunub ki, Qurbanov "Qarabağ"a təyin olunanda ona böyük inam yox idi. Buna səbəb onun daha əvvəl "Neftçi"də uğursuz nəticələr göstərməsi idi.

Ukrayna nəşri Qurbanovun əsas üstünlüklərindən birinin sabit kollektiv formalaşdırmaq bacarığı olduğunu qeyd edib. Yazıda Abdullah Zubirin 366, Ansi Aqolinin 298, Kevin Medinanın 204, hazırda Ukraynanın "Polissya" klubunda çıxış edən Leandro Andradenin isə 213 oyunda "Qarabağ"ın formasını geyinməsi buna nümunə göstərilib.

Müəllif yazır ki, məhz bu sabitlik "Qarabağ"ı Avropada tanınan komandaya çevirib. Məqalədə 2014-cü ildə "Dnepr" üzərində səfər qələbəsi, 2017-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi, "Atletiko Madrid"lə iki heç-heçə, 2024-cü ildə "Braqa"nın mübarizədən kənarlaşdırılması və "Bayer Leverkuzen"ə son dəqiqələrdə uduzması, həmçinin 2025/2026 mövsümündə "Benfika" və "Kopenhagen" üzərində qələbələr, "Çelsi" ilə heç-heçə xüsusi qeyd olunub.

Təhlildə Qurbanovun transfer siyasətinə də yer ayrılıb. Bildirilib ki, "Qarabağ" böyük büdcəli transferlərdən daha çox, komandanın oyun sisteminə uyğun futbolçular seçir.

Məqalədə Qurbanovun oyun fəlsəfəsi də geniş təhlil olunub. Müəllif qeyd edib ki, "Qarabağ" hətta "Çelsi" və "Liverpul" kimi rəqiblərə qarşı da topa sahib olmağa və öz oyununu oynamağa çalışır.

Müəllif yazır ki, oyun üslubuna görə "Qarabağ" ölkə daxilində "Qafqazın Barselona"sı kimi tanınır. Nəşr əlavə edib ki, Qurbanov daim özünü inkişaf etdirməyə çalışır. Buna misal olaraq onun ötən mövsüm Almaniyada "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonsonun iş prosesi ilə yaxından tanış olması göstərilib.

Yazının sonunda müəllif Qurban Qurbanovun artıq Azərbaycanda sadəcə məşqçi deyil, milli futbolun simvollarından birinə çevrildiyini vurğulayıb. Sabiq kapitan Maksim Medvedev isə onu məşhur şotlandiyalı mütəxəssis Aleks Ferqyusonla müqayisə edib.

"Qurbanov bizim azərbaycanlı Aleks Ferqyusonumuzdur. O, nə qədər istəsə, "Qarabağ"ın baş məşqçisi olaraq qalacaq. Günlərin birində özü qərar verəcək və karyerasını başa vuracaq", - deyə Medvedev bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Avqust 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri