“The Guardian”: Tələbkar və uğurlu məşqçi “Liverpul” azərbaycanlı “Aleks Ferqyuson”a qarşı
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 28 yanvar, AZƏRTAC
Nüfuzlu ingilis nəşri “The Guardian” bu mövsüm UEFA Çempionlar Liqasında uğurlu çıxışı ilə diqqət çəkən “Qarabağ” barədə geniş məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, “Tələbkar və uğurlu məşqçi - “Liverpul” azərbaycanlı “Aleks Ferqyuson”a qarşı” başlıqlı yazıda komandanın bu mövsüm Qurban Qurbanovun başçılığı ilə Avropaya səs salmağından, ölkə futbolunu dünyaya tanıdan klub kimi çıxış etməyindən bəhs olunub.
“2008-ci ilin yayını xatırlayırsınız? Məhz o zaman Pep Qvardiola “Barselona”nın əsas komandasının baş məşqçisi təyin olunmuş, Yurgen Klopp Dortmund “Borussiya”sına gəlmiş, “Çelsi” isə Luis Felipe Skolarini bu vəzifəyə dəvət etməklə riskə getmişdi. Həmin ildən indiyədək London klubu 12 baş məşqçi dəyişib. Bu gün “Liverpul”la qarşılaşacaq “Qarabağ”ın isə 2008-ci ildən bəri cəmi bir çalışdırıcısı olub: azərbaycanlı Aleks Ferqyuson kimi də tanınan Qurban Qurbanov”, - deyə məqalədə vurğulanıb.
Yazıda “Qarabağ”ın Qurban Qurbanovun başçılığı altında beynəlxalq turnirlərdə yaxşı nəticələr qazandığı, avrokuboklarda müntəzəm iştirak etdiyi və 2017-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardığı qeyd olunub. “The Guardian” xatırladır ki, turnir cədvəlində 18-ci pillədə qərarlaşan komandanın bu yolda növbəti sınağı “Enfild”də “Liverpul”a qarşı olacaq. Bildirilib ki, Azərbaycan çempionu pley-off mərhələsinə vəsiqə qazanmaq şansını qoruyur.
Bu qarşılaşmanın “Qarabağ”ın Avropadakı 204-cü matçı olduğu, Qurbanovun isə bunların 190-da komandaya rəhbərlik etdiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, yanvarın 28-dən 29-na keçən gecə təşkil olunacaq “Liverpul” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 28 Yanvar 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















