Ukrayna millisinin baş məşqçisi: Azərbaycanı məğlub etmək bizə asan başa gəlmədi
Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Ukraynanın futbol millisi Azərbaycan üzərində qələbəni asan əldə etməyib".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov mətbuat konfransında deyib.
Mütəxəssis Azərbaycan yığmasına qarşı keçirdikləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Xoşbəxtəm ki, bu cür nəticə əldə etdik. Oyuna çox ciddi yanaşırdıq. Hər iki komanda qələbə istəyirdi. Amma yekunda biz qalib gəldik. Beş əsas oyunçumuz meydanda yox idi. Azərbaycan üzərində qələbə bizə asan başa gəlmədi. Birinci hissədə yaxşı oyun göstərməyə çalışırdıq. Heç vaxt Azərbaycan yığmasını zəif hesab etmirəm. İslandiya səfərindəki böyükhesablı məğlubiyyət Azərbaycanın gücündən xəbər vermir. Orada komanda öz gücü ilə oynamamışdı".
Qeyd edək ki, Ukrayna - Azərbaycan oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə bitib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 14 Oktyabr 2025 03:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















