Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Ukrayna Moskvanı vura biləcək raket üzərində çalışır The Economist

Ukrayna Moskvanı vura biləcək raket üzərində çalışır The Economist

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna gələcəkdə Qərbin yardımı ilə bağlı ehtimalların qeyri-müəyyən olduğu bir vaxtda raket sənayesinin inkişafı üzərində iş aparır. İşlənən raketlərdən biri də "Trembita"dır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Economist" yazır.

"Trembita"nın mühərriki – 1944-cü ildə Almaniyanın V-1 bombasının ilk istifadəsində istifadə edilən impuls reaktiv mühərrikin müasir remeykidir. Mühərrik borusu – ilkin layihədir. Onun altında sistemin idarə olunmasını və döyüş başlığını gizlədən daha dəqiq boz düzbucaqlı gövdə yerləşir", – məqalədə qeyd olunur.

"Trembita" bazas versiyasında 400 km/saata qədər sürət yığa bilir və 200 km uçuş məsafəsinə malikdir. Lakin Moskvaya çatmaq imkanına malik daha böyük və güclü model də hazırlanır. Kütləvi istehsala, son sahə sınaqları tamamlandıqdan sonra başlanacaq. Diqqət çəkən məqam odur ki, tərtibatçılara bu nəticəyə çatmaq üçün cəmi bir yarım il vaxt lazım olub. Halbuki, adətən layihədən döyüş meydanında istifadəyə qədər olan müddət illərlə davam edir.

Ukraynanın xarici hərbi yardımın geniş həcmlərinə nə qədər güvənə biləcəyi məlum deyil. Buna görə "Trembita" Ukraynada yerli sənayenin canlanmasına təkan verəcəyi gözlənilən bir neçə layihədən biridir.

Sovet dövründə Ukrayna kosmos və raket innovasiyaları sahəsində dünya liderlərindən biri olub. Dnepropetrovskdakı "Cənubi Maşınqayırma" zavodu dörd nəsil strateji raket istehsal edib. Lakin bu, 1994-cü ilə, Budapeşt memorandumuna uyğun olaraq Ukraynanın öz kiçik nüvə ballistik raketlərindən təhlükəsizlik təminatına dəyişərək imtina etdiyi vaxta qədər davam edib. Daha sonrakı dövrdə sahənin yenidən dirçəlməsinə korrupsiya, hökumət zəifliyi, Rusiya müdaxiləsi və siyasi iradənin olmaması mane olub.

Ukraynanın raket proqramının detallarına ciddi nəzarət edilir və bunun səbəbləri kifayət qədər əsaslıdır. Rusiya istehsalat obyektlərini fasiləsiz hədəfə alaraq, yüzlərlə işçini öldürür və yaralayır. Məsələn, 2023-cü ilin dekabrında bir neçə qanadlı raket Kiyevdəki "Neptun" istehsalat zavoduna tuş gəlib. 2024-cü ilin noyabrında isə Rusiya Dneprdəki "Cənubi Maşınqayırma" zavodunu yeni "Oreşnik" ballistik raketi ilə vurub.

Buna görə də, Ukrayna raket istehsalında yeni səviyyəyə – yeraltı məkana keçib. Proseslərin bir hissəsi qorunan bunkerlərə köçürülüb. İstehsalat yüzlərlə nəzərəçarpmaz obyektə bölünmüş vəziyyətdədir.

Digər bir problem maliyyədir. Hökumət, sınaqdan uğurla çıxmış hər hansı raket layihəsini dəstəkləyərək, müstəqil istehsalçılara pilotsuz uçuş aparatları istehsalçılarına təklif olunan maksimum 25% mənfəət nisbətini təqdim edir. Lakin tərtibatçılar layihəni başlatmaq üçün tez-tez öz pullarını riskə qoymaq məcburiyyətində qalırlar.

İrihəcmli sənaye istehsalına keçid isə daha mürəkkəb məsələdir – kapitalın cəlbi, xaricdən xüsusi avadanlıq alınması və təhlükəsizliyin təmin olunması. Bu məsələdə Ukrayna Rusiyanın dövlət hərbi kompleksi ilə müqayisədə geri qalır.

Bir mənbəyə görə, Qərb müttəfiqləri ilə yeni tərəfdaşlıqlar genişlənmənin ən yaxşı yoludur. Hər bir ölkə öz təcrübəsini, avadanlığını və risklərini paylaşmağa hazır deyil. Lakin bəzi ölkələr, xüsusilə Danimarka və Böyük Britaniya bu istiqamətdə fəallıq göstərir.

Qərb üçün potensial açıqdır. Az qala eyni uçuş xüsusiyyətlərinə malik qanadlı raket istehsalı Ukraynada Qərbi Avropadan 12 dəfə ucuz başa gələ bilər, məqalədə izah edilir:

"Məsələn, "Trembita"nın təlim məqsədli variantı cəmi 3 000 dollara, 20-30 kiloqramlıq döyüş başlığına malik versiyası isə 15 000 dollara başa gəlir – bu, raket dünyasında sərfəli təklifdir".

Lakin Ukraynaya vaxt lazımdır və bu zaman çatmaya bilər. Təhlükəsizlik sahəsində yüksək vəzifəli şəxs qeyd edir ki, dövlət, Rusiya üçün real təhlükə yaradacaq qədər sayda, uzaq mənzilli və təsirli raket istehsal etmək üçün ən azı bir ilə ehtiyac duyur.

O vaxta qədər çox şey dəyişə bilər. ABŞ-da Donald Trampın prezident seçildikdən sonra hansı qərarları verəcəyi məlum deyil. Rusiya da atəşkəs müzakirələrindən istifadə edərək Ukrayna raketlərinin istehsalını məhdudlaşdırmağı tələb edə bilər. Lakin "Trembita" üzərində işləyənlər bu işdən əl çəkməyəcəklər, mühəndis qrupunun rəhbəri Sergey Biryukov əmin edir:

"Əgər atəşkəs olsa da, bu yalnız hökumətlər arasında baş verəcək. Biz partizanlarıq. Raketlərimiz uçmağa davam edəcək".

Ukrayna dron istehsalı ilə məşğul olan şirkətlərin fəallığı artır. The Wall Street Journal-a görə, Ukrayna silah istehsalında sərbəst bazar potensialının Rusiyadan önə keçəcəyinə ümid edir.

Ukrayna istehsalı yeniliklər fəal şəkildə Ukrayna Müdafiə Qüvvələrinin istifadəsinə buraxılır. Müdafiə Nazirliyi yaxınlarda, uzaqdan idarə olunan döyüş modulu olan Wolly-nin istifadəyə verilməsi qərarını elan edib. Wolly moduluna 7,62 və ya 12,7 mm-lik pulemyot, sursatların avtomatik doldurulması sistemi, termal görmə və avtomatik hədəf aşkarlanması, tanınması və izlənməsi sistemi quraşdırılıb.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Dekabr 2024 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see325

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see324

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see319

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see310

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see306

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see304

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see297

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see294

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see289

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see265

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see264

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see263

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see259

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see255

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see251

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see249

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see246

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri