Icma.az
close
up
RU
Ukrayna indi də “B planı” üzərində çalışır

Ukrayna indi də “B planı” üzərində çalışır

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Ukrayna ələ keçirilən ərazilərdən imtinanı nəzərdə tutan Rusiya ilə sülh sazişinin uğursuzluğu halında “B planı”ndan istifadə edəcək.
Reyting.az
xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.
Alman nəşrinin məlumatına görə, Ağ ev daha çox Ukraynanın “sülh planı ilə razılaşması və ərazisinin ən azı beşdə birindən imtina etməsi”ndə israr edir. Hələlik Kiyev bununla razılaşmasa da, dörd aydır ki, ABŞ-dan yeni təchizat almır, yalnız əvvəllər vəd edilmiş silahlara arxalanır.
Eyni zamanda, ölkə öz müdafiə sənayesini inkişaf etdirərək müdafiəsiz qalmamağa çalışır. Xüsusilə, kamikadze dronların istehsalı 2023-cü ildəki 600 min ədəddən ötən il 1,5 milyon ədədə qədər artıb, 2025-ci ilin sonunda isə üç milyona çatmalıdır. Bu rəqəmlər artıq döyüş meydanında nəzərə çarpır. Cəmi iki il əvvəl dronlar Rusiya itkilərinin təxminən üçdə birinə cavabdeh olsa da, indi bu rəqəm dörddə üçdür.
Bundan əlavə, ağır artilleriya da geri qalmır. Hələ 2022-ci ildə Ukrayna ümumiyyətlə, öz haubitsalarını yaratmırdı və indi hər ay konveyerdən iyirmi “Boqdan” özüyeriyən haubitsa çıxır. Bu haubitsalar üçün 155 mm-lik mərmilərin bəziləri Ukraynada yığılıb.
Ukraynalı artilleriya zabiti Almaniya və Fransadan gələn mərmilərdən asılılığın hələ də yüksək olduğunu etiraf edərək, “indi döyüş sursatı ilə bağlı heç bir problemimiz yoxdur”, - deyib.
Nəşr qeyd edir ki, Ukrayna ordusunun əsas problemi canlı qüvvə məsələsidir. Artıq yüz minlərlə insan silahlanıb və 18-24 yaşlı yeni könüllüləri cəlb etmək üçün Ukrayna Müdafiə Nazirliyi çağırışçıların maaşını iki dəfə artırıb. Onlar səfərbərlik çərçivəsində əvvəllər orduya çağırılanlardan təxminən iki dəfə çox pul alacaqlar.
Bildiyiniz kimi, Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar prosesi mürəkkəb və mübahisəli olaraq qalır. Fəal diplomatik səylərə baxmayaraq, tərəflər arasında əsas fikir ayrılıqları həll olunmayıb. Prezident Donald Tramp Krımın Rusiyanın bir hissəsi kimi tanınmasını, Rusiyanın işğal olunmuş ərazilər üzərində nəzarətinin faktiki olaraq tanınmasını və Ukraynanın NATO-ya üzv olmaqdan imtinasını nəzərdə tutan sülh planını fəal şəkildə təbliğ edir. Prezident Vladimir Zelenski isə Krım və digər işğal olunmuş ərazilərlə bağlı istənilən güzəştləri qəti şəkildə rədd edir. Bundan əlavə, ölkə aydın beynəlxalq təhlükəsizlik təminatlarının verilməsində israrlıdır.
Xatırladaq ki, Moskva bu yaxınlarda Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara hazır olduğunu bildirdi. Bundan əvvəl prezident Putin Kiyevdən ilk növbədə dörd bölgədən qoşunlarını tamamilə çıxarmağı tələb edib.
E. KAMAL
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://reyting.az
archiveBu xəbər 28 Aprel 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see366

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see347

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see326

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see326

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see291

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see287

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see276

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see270

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see226

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see212

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see211

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see207

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see205

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see199

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see196

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see188

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see187

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri