Icma.az
close
up
RU
Ukrayna müharibəsi ABŞ ın silah ticarətindəki dominantlığını gücləndirib WP

Ukrayna müharibəsi ABŞ ın silah ticarətindəki dominantlığını gücləndirib WP

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Ukraynada gedən müharibə ABŞ-ın qlobal silah sənayesində dominant mövqeyini daha da gücləndirib. Araşdırmalara görə, 2020-2024-cü illər arasında ABŞ-dan silah ixracı əvvəlki beşillik dövrlə müqayisədə 20%-dən çox artaraq dünya bazarındakı payını 43%-ə çatdırıb.  

Qaynarinfo The Washington Post-a istinadla xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına əsasən, son iyirmi ildə ABŞ-ın qlobal silah ixracındakı payı orta hesabla 35% olub, bu isə son artımın qeyri-adi olduğunu göstərir.  

"SİPRİ-nin silah ticarəti proqramının rəhbəri Metyu Corcun sözlərinə görə, ABŞ silah ixracında unikal mövqeyə sahibdir. Onun dünya silah ixracındakı 43%-lik payı, ikinci ən böyük ixracatçı olan Fransanın payını dörd dəfədən çox üstələyir.  

Bildirilir ki, 2020-2024-cü illərdə Rusiya fevral 2022-ci ildə Ukraynaya işğala başlayandan bəri Ukrayna dünyada ən böyük silah idxalçısı olub. Bu müddət ərzində Ukraynanın silah idxalı 2015-2019-cu illərlə müqayisədə təxminən 100 dəfə artıb. Avropa ölkələrinə silah idxalı isə eyni dövrdə 155% yüksəlib ki, buna Kremlin ekspansionist siyasətindən doğan qorxular və ABŞ-ın yenidən silahlanma yönündəki təzyiqləri səbəb olub.  

Silah ticarəti üzrə ekspert Uilyam D. Hartunq bildirib ki, Donald Trampın prezidentliyi dövründə o, silah satışlarının aqressiv təşviqatçısı olub. Tramp, hətta The Washington Post yazarı Camal Qaşuqçinin Səudiyyə Ərəbistanı hökumətinin agentləri tərəfindən öldürülməsinə baxmayaraq, Ər-Riyada silah satışını dayandırmaq çağırışlarına məhəl qoymayıb.  

"İndi maraqlı sual budur ki, satışlar artıq bu qədər yüksək səviyyəyə çatdığına görə, Tramp bunu yenidən artıra biləcəkmi?” – deyə Hartunq əlavə edib.  

SİPRİ-nin araşdırması göstərib ki, Ukraynaya hərbi yardım ABŞ silah istehsalçıları üçün böyük qazanc mənbəyinə çevrilib. ABŞ tərəfindən Ukraynaya göndərilən silahların böyük hissəsi prezidentin təcili ehtiyatlardan silah ayırmaq səlahiyyətləri çərçivəsində və ya birbaşa istehsalçılardan alınaraq göndərilib.  

Qəzzada gedən müharibənin qlobal silah ticarətinə təsiri isə SIPRI-nin məlumatlarında daha az əks olunub, çünki institut yalnız faktiki silah tədarükünü izləyir, elan edilən satışları deyil.  

Corc bildirib ki, "adətən satış elanları və real tədarüklər arasında zaman fərqi olur”. O əlavə edib ki, əgər ABŞ-ın Ukrayna və İsrailə silah ixracı SIPRI-nin hesablamalarından çıxarılsa belə, 2020-2024-cü illər arasında ABŞ-ın dünya silah bazarındakı payı yenə də 37% təşkil edərdi ki, bu da onu dünyanın ən böyük silah ixracatçısı edirdi.  

Eyni zamanda, SIPRI-nin məlumatlarına əsasən, son beş ildə Rusiyanın silah ixracı 64% azalıb. Kremlin Ukraynaya işğalı Rusiyaya qarşı genişmiqyaslı diplomatik izolyasiya və iqtisadi sanksiyalarla nəticələnib. Ancaq SIPRI bildirir ki, Rusiya silah ixracındakı tənəzzül müharibədən əvvəl başlamışdı və 2020-2021-ci illərdə tarixi minimuma çatmışdı.  

SİPRİ-nin baş elmi işçisi Piter Vezeman bildirib ki, "Rusiyanın iki ən mühüm silah ticarəti əlaqəsi 2022-ci ildən əvvəl zəifləməyə başlamışdı: Hindistan getdikcə digər tədarükçülərə üstünlük verirdi, Çin isə öz silah sənayesindən daha çox məhsul almağa başlamışdı”.  

ABŞ-ın Ukraynaya yardımı dayandırması  

Donald Trampın prezidentliyi dövründə ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmışdı. The Wall Street Journal yazır ki, bu qərarın ilkin təsiri məhdud olacaq, lakin zamanla Ukrayna ordusu üçün "zəncirvari çöküş” effekti yaradacaq və onu ən təsirli silahlarından məhrum edəcək.  

Mənbələrin verdiyi məlumata görə, Ukraynaya tədarük edilən 155 mm-lik artilleriya mərmilərinin yarıdan çoxu məhz ABŞ-dan gəlir.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Mart 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri