Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsi ABŞ ın təzyiqi ilə dayandırıla bilər

Rusiya Ukrayna müharibəsi ABŞ ın təzyiqi ilə dayandırıla bilər

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp “Politico”ya müsahibəsində deyib ki, Ukraynada yeni prezident seçkiləri keçirməyin vaxtı çatıb.

Əslində, Tramp bu sözləri heç də həqiqətən Ukraynada seçkilərin vaxtı keçdiyi üçün deməyib, ABŞ-ın maraqları baxımından deyib. Məlumdur ki, ABŞ dövlət başçısının təklifi ilə hazırlanan 28 bəndlik “sülh plan” əvvəl Cenevrədə, daha sonra Mayamidə, ondan sonra isə Moskvada müzakirə olunaraq 20 bəndə endirilib. 

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerin Moskva səfərindən bir neçə gün keçsə də, hələ ABŞ və Ukrayana bu planın qəbul edilməsi istiqamətində müsbət irəliləyişə nail ola bilmirlər. Çünki bu “sülh planın”da yenə də Ukrayana tərəfinn maraqlarına zidd məqamlar qalır. Belə ki, dünən Ukraya prezidenti Volodimir Zelenski açıqlayıb ki, danışıqlar ərazi məsələsinə görə dalana dirənib. Onun sözlərinə görə, ABŞ, Rusiya və Ukrayna arasında fərqli baxışlar var və Donbasla bağlı vahid yanaşma yoxdur.

Bu baxımdan, Donald Trampın “Onlar seçkiləri keçirməmək üçün müharibədən istifadə edirlər, amma mən hesab edirəm ki, Ukrayna xalqının belə bir seçimi olmalıdır” fikri heç də onun Ukrayna xalqının qayğısına qalmasına hesablanmayıb, əksinə nəzərdə tutulan “sülh planı”nı Zelenskiyə qəbul etdirməyə, yəni ona təzyiq göstərməyə hesablanıb.

Trampın “bəlkə də Zelenski qalib gələr. Kimin qalib gələcəyini bilmirəm. Amma onlar uzun müddətdir seçki keçirmirlər. Bilirsiniz, onlar demokratiyadan danışırlar, amma elə bir məqam gəlir ki, bu, artıq demokratiya olmur” söyləməsi isə aşkar göstərir ki, o, bu müharibədə Rusiyanın mövqeyindən yana çıxış edir və onun üçün demokratiyanın heç bir önəmi yoxdur. “Bəlkə də Zelenski qalib gələr” deməklə isə Tramp manipulyasiya edir. Halbuki, hansısa bir dövlətin, xalqın seçki keçirmək və ya keçirməmək öz daxili işidir və buna digər bir dövlətin müdaxiləsi yolverilməzdir. Amma buna baxmayaraq, prosesin gedişi onu deməyə əsas verir ki, yaxın aylarda Rusiya-Ukrayna müharibəsi ABŞ-ın təzyiqi ilə dayandırıla bilər. Bunu bu gün Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun açıqlamasına diqqət etdikdə də görmək olur. Peskov bildirib ki, Rusiya ABŞ-ın Kiyevlə sülh planı ilə bağlı müzakirələrin nəticələrini gözləyir. 

Onun sözlərinə görə, Moskva Vaşinqtonla müntəzəm əlaqə saxlayır: “Hazırda amerikalılar Kiyevlə müzakirələr aparır. Bu müzakirələrin nəticələrini gözləyirik”.

Görünən odur ki, Tramp Ukraynaya maliyyə yardımının dayandırılmasını açıqlayandan sonra, indi də Ukraynada seçkinin keçirilməsini vacib hesab etməklə, Zelenski Administrasiyasını bu “sülh planı”nı imzalamağa vadar etmək niyyətindədir və mənə elə gəlir ki, yaxın aylarda buna nail olacaq.

CAVİD

Share

Tweet

Email

Share

Share

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Dekabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri