Icma.az
close
up
RU
Ukrayna müharibəsi və ABŞ nin pərdəarxası oyunları Politoloq DANIŞDI

Ukrayna müharibəsi və ABŞ nin pərdəarxası oyunları Politoloq DANIŞDI

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı mövqeyini dəyişib. O, BMT-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Ukraynanın əvvəlki sərhədlərinə qaytarılmasının tərəfdarı olduğunu bildirib.

Redaktor.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, Trampın Ukrayna ilə bağlı mövqeyinin dəyişməsi ilk növbədə bir sualı gündəmə gətirir:

"Bu dəyişiklik praktiki müstəvidə Ukrayna müharibəsinə necə təsir göstərə bilər? Əslində, bu təsirin real imkanları zəif görünür. Çünki Tramp zaman-zaman Ukrayna ilə bağlı ziddiyyətli mövqelər nümayiş etdirib. Gah Ukraynanı güzəştlərə məcbur etməyə çalışır, gah da Rusiyanı təhdid edir. Lakin nəticə etibarilə ABŞ Ukraynaya silah yardımını dayandırıb və bunu davam etdirmir. Həmçinin ABŞ silahlarının Rusiya ərazisində istifadəsinə də hələ icazə verilmir. Bu isə göstərir ki, Trampın mövqeyindəki dəyişikliklərin fərqli hədəfləri var. İlk baxışda bu, Rusiyaya təzyiq kimi görünə bilər. Son danışıqlar da göstərdi ki, Rusiya tərəfi tələblərini daha yüksək səviyyədə irəli sürür, Ukrayna isə buna razılaşmır və ABŞ da eyni mövqedədir. Beləliklə, Tramp sanki Rusiyaya mesaj verir: əgər razılaşma olmazsa, Ukraynaya dəstək daha da artacaq".

Müsahibimizin fikrincə, ABŞ-nin əsas məsələsi Rusiyaya təzyiq deyil, başqa hədəflərdir:

"Bu addım Avropa Birliyinin və NATO müttəfiqlərinin Ukraynaya dəstəyini davam etdirməsinə hesablanmış ola bilər. Çünki Tramp qeyd edir ki, Ukrayna öz ərazilərini Avropa Birliyi və NATO-nun maliyyə dəstəyi ilə azad edə bilər. Hətta NATO-nun hava məkanını pozan Rusiya təyyarələrinin vurulmasını da çağırış edir. Dünənədək Ukraynadan güzəştlər tələb edən Trampın bu açıqlamaları, əslində, Avropa Birliyini müharibəyə daha çox cəlb etməyə hesablanmış kimi görünür. Burada sual yaranır: əgər Tramp həqiqətən müharibəni bitirmək istəyirsə, niyə onun davam etməsi ehtimalını gücləndirən açıqlamalar verir?"

Politoloqun qənaətincə, burada iki əsas hədəf var:

"Birincisi, ABŞ-nin son qərarına görə, silahlar NATO ölkələrinə satılacaq. Yəni NATO üzvləri bu silahları pulla alıb Ukraynaya ötürəcəklər. Bu isə ABŞ silah sənayesinin inkişafına xidmət edir. İkincisi, indiyə qədər Avropa Birliyi və NATO müttəfiqləri ABŞ-ni Ukraynaya kifayət qədər dəstək verməməkdə və Rusiya ilə əməkdaşlıqda ittiham edirdilər. Tramp isə bununla ABŞ-nin kənara çəkildiyini göstərir və Avropa Birliyinə mesaj verir: əgər müharibəni davam etdirmək istəyirsinizsə, Ukraynaya dəstəyi özünüz verin. Əslində, bu yanaşmanın əsas məqsədi Avropa Birliyini Rusiya təhlükəsi ilə üz-üzə qoymaqdır. Beləliklə, ABŞ dəstəyi geri çəkilərsə, Avropa ölkələri Ukrayna məsələsində mövqelərini dəyişməyə məcbur qala bilərlər. Çünki Tramp əvvəldən Rusiya ilə anlaşaraq müharibəni bitirmək istəyirdi. Burada söhbət yalnız Ukraynadan getmir, ABŞ-nin geniş geosiyasi planları var. Ancaq Rusiya ilə anlaşmanın yeganə yolu Ukrayna məsələsinin həllindən keçir. ABŞ də anlayır ki, müharibənin dayanmasının yeganə yolu Rusiyanın tələblərinin müəyyən qədər qəbul edilməsidir. Rəsmi Kiyev isə bu təkliflərə haqlı olaraq etiraz edir. Onun müqavimətini isə əsasən Avropanın dəstəyi gücləndirir".

Siyasi şərhçi qeyd etdi ki, Trampın ritorikasının dəyişməsi və Avropa Birliyi ilə NATO-nu müharibəyə daha çox sövq etməsi, əslində, onları Rusiya təhlükəsi ilə birbaşa üz-üzə qoymaq məqsədi daşıyır:

"Bu isə müharibənin arealının Avropaya yayılması riskini yaradır. Belə vəziyyətdə Avropa ölkələri məhz bu təhlükədən qaçmaq üçün ABŞ-nin planı ilə razılaşa bilərlər. Son vaxtlar Rusiyanın NATO nəzarət zonalarına müdaxilələri və Avropa ölkələrinin hava məkanını pozması da bu planın tərkib hissəsi kimi görünür. İstisna etmirəm ki, Tramp və Putin, yəni ABŞ və Rusiya arasında pərdəarxası razılaşma ola bilər. Bu razılaşmanın məqsədi Ukraynanın arxasında dayanan Avropa ölkələrini müharibə riski ilə üz-üzə qoymaq və onları geri çəkilməyə məcbur etməkdir. Bu baxımdan, Trampın ritorikasının dəyişməsi Rusiyaya təzyiqdən çox, məhz bu hədəfə hesablanmış bir addım təsiri bağışlayır", - deyə A.Nərimanlı yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri