Politoloq Ukrayna və ABŞ nin Rusiyaya gözlənilən sürprizlərindən DANIŞDI
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Amerika Prezidenti Donald Trampın Rusiyaya sürpriz açıqlama edəcəyi ilə Ukrayna Prezident Ofisinin müşavirinin "Ukrayna hərbçiləri Rusiya üçün yeni sürprizlər hazırlayır" deməsində məqsədləri tamamilə fərqli və ya koordinasiyalı ola bilər".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev bildirdi.
"Belə ki, Ukrayna vaxtaşırı Rusiyaya sürprizlər edir. Məsələn, ən son Rusiyanın bombardman edən təyyarələrinə qarşı yönəlmiş aerodromlarına zərbə vurulması, Krım körpüsünə və Kursk vilayətinə böyük hücumları olmuşdur. Ukrayna vaxtaşırı belə hücumlar edir. Onlardan birini də gələcək zaman üçün planlamış ola bilər. Digər tərəfdən, ABŞ Rusiyadan narazıdır. Xüsusilə ABŞ Prezidenti Donald Tramp. Çünki o, Putinin onu aldatdığını düşünür. O düşünür ki, Rusiya sülh istəmir. Faktiki olaraq, sülh danışıqlarının olmamasından da istifadə edib Ukraynaya əlavə nailiyyətlər əldə etməyə çalışır" - o dedi.
Siyasi şərhçi qeyd etdi ki, Tramp yaxın vaxtlarda Ukraynaya strateji silahların göndərilməsi ilə bağlı məsələləri də müzakirə edir:
"Onlar Ukraynaya yardım edərək Rusiyanı sülhə məcbur etmək istəyirlər. ABŞ-nin yeni silahları Ukraynaya göndərilsə, Ukraynanın fəaliyyəti genişlənəcək. Burada bu açıqlamaların koordinasiyalı olduğunu da, tərəflərin ayrı-ayrı Rusiyaya münasibətini də ifadə etmiş ola bilərlər".
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 11 İyul 2025 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















