Icma.az
close
up
RU
“Ukrayna müharibəsinin mümkün sonu: beş ssenari“ “El Mundo“

“Ukrayna müharibəsinin mümkün sonu: beş ssenari“ “El Mundo“

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Ən real ehtimal döyüşlərin 2026-cı ilə qədər uzanacağıdır..."

İspaniyanın El Mundo qəzeti Rusiya-Ukrayna müharibəsinin necə və nə zaman başa çata biləcəyi ilə bağlı beş əsas ssenari hazırlayıb.

Moderator.az xəbər verir ki, bu barədə   yayıb.

Yazının müəllifləri bildiri ki, 1331 gündür davam edən və artıq müasir tarixin ən uzun münaqişələrindən birinə çevrilən bu savaşın yaxın zamanda bitməsi real görünmür. Putin müharibəni uduzmadan çıxış yolu tapa bilmir, Ukrayna isə təslim olmaq niyyətində deyil.

1. Tramp Moskvanı sıxışdıraraq sülhə məcbur edəcək

Bu ssenariyə görə Vaşinqton Rusiyaya maksimal təzyiq göstərərək "qırılmaya qədər incə" bir sülh dayanıqlığı yarada bilər. Lakin ekspertlərin fikrincə, bu hələ ki, real görünmür, çünki Kreml müharibəni "varlıq savaşı" kimi qəbul edir və geri çəkilmək istəmir. Belə sülh yalnız döyüşləri müvəqqəti dondura bilər ki, bu da əslində Rusiyanın maraqlarına uyğun olar.

2. Münaqişə NATO-nun şərqinə sıçraya bilər

Baltikyanı ölkələrdə və ya Alyansa daxil olan digər şərq regionlarında baş verəcək istənilən təxribat Rusiyanı NATO ilə açıq toqquşmaya sürükləyə bilər. Kreml bu addımı atıb, NATO-nun kollektiv müdafiə mexanizmini - məşhur 5-ci maddəni sınağa çəkməyə cəhd göstərə bilər.

3. Müharibə 2026-cı ilə qədər uzanacaq

"El Mundo"nun fikrincə, bu ən real ssenaridir. Ukrayna geri çəkilməyəcək, Putin isə "qalib" obrazı yaratmadan müharibəni bitirə bilməz. Hər iki tərəf resurslarını tükəndirir -Avropa Kiyevə, Çin və Şimali Koreya isə Moskvaya dayaq olur. Ona görə də döyüşlər illərlə davam edə bilər.

4. Rusiya iqtisadiyyatı çökməyə başlayacaq və Kreml danışıqlara məcbur olacaq

Məqalədə qeyd olunur ki, Kreml son aylarda ilk dəfə açıq şəkildə hərbi iqtisadiyyatın sürətlə aşınmasından narahatlıq duyur. 2026-cı ilə dair proqnozlar mənfidir. Əgər resurs böhranı dərinləşərsə, Putin masaya oturmağa məcbur qala bilər.

5. Ukrayna beynəlxalq dəstəyini itirərək geri çəkilməyə məcbur ediləcək

Əgər Avropada hakimiyyətə Rusiyaya simpatiyası olan qüvvələr gələcəksə, Kiyev ciddi təzyiq altında qala bilər. Lakin "El Mundo" bunun yaxın dövr üçün az ehtimal olunduğunu yazır,

xüsusilə Şərqi Avropa dövlətlərinin Moskvadan ehtiyat etdiyi üçün belə kapitulyasiya mövqeyini qəbul etməyəcəyi bildirilir.

Müharibənin sonu necə ola bilər?

Kolumbiya Universitetinin Zaltsman İnstitutundan tədqiqatçı Racan Menon daha əvvəl bildirib ki, ən azı üç real sonluq mümkündür: Ukraynanın NATO-ya qəbulu, neytral statusun rəsmiləşdirilməsi və ya döyüşlərin dondurularaq uzunmüddətli "yarım sülh" mərhələsinə keçid. Aydın olan odur ki, heç bir ssenari sürətli və asan deyil. Müharibənin taleyi təkcə cəbhədə yox, həm də Vaşinqton, Brüssel, Pekin və Moskvadakı siyasi hesablamalarda həll olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Oktyabr 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri