El Mundo : Noyabrın 4 də Madriddə Ukrayna ilə bağlı istəklilər koalisiyası nın görüşü keçiriləcək
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspaniya Xarici İşlər Nazirliyi noyabrın 4-də Madriddə Ukraynanı dəstəkləyən "istəklilər koalisiyası"nın gizli və qapalı görüşünü təşkil edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "El Mundo" nəşri yazıb.
Bildirilir ki, görüşdə 35 ölkənin nümayəndələri iştirak edəcəklər. Onlar Kiyevə yardım məsələlərini müzakirə edəcəklər. Özü də görüş "maksimum məxfilik" şəraitində keçiriləcək. Diskussiyalar iki blok çərçivəsində aparılacaq. İştirakçılara xəbərdarlıq edilib ki, mobil telefonlardan istifadəyə icazə verilməyəcək, habelə onlar görüş barəsində məlumatları sosial şəbəkələrdə paylaşa bilməyəcəklər.
Birinci müzakirə blokunda nümayəndələr Ukraynaya dəstəyin artırılması yollarını müzakirə edəcəklər. Daha sonra diqqəti Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə ümumi yanaşmanın işlənib hazırlanması üzərində cəmləşdirəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 31 Oktyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















