Ukrayna ordusu başqa ölkələrin ərazilərində hərbi əməliyyatlarda iştirak edə biləcək
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin başqa ölkələrə göndərilməsi imkanını nəzərdə tutan qanunu imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Ukrayna Ali Radasının saytında yerləşdirilib.
Qanun layihəsinə görə, hərbi vəziyyət dövründə Ukrayna Silahlı Qüvvələrinin hərbi hissələri və bölmələri BMT-nin dövlət qanunlarının 51-ci maddəsinə uyğun olaraq milli təhlükəsizliyi təmin etmək, silahlı təcavüzü dəf etmək və qarşısını almaq, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qorumaq, özünümüdafiə hüququnu həyata keçirmək üçün xaricə göndərilə bilər.
Qeyd edək ki, qanun Ukrayna Prezidentinin təklifləri nəzərə alınmaqla yenidən işlənib. Bu düzəlişlər Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin xaricə göndərilməsi ilə bağlı qərarların qəbulu prosedurunu aydınlaşdırır, onların dövlətdən kənarda olması prosedurunu təfərrüatlandırır və aktın beynəlxalq hüquq normalarına uyğun olmasını təmin edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 17 Mart 2025 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















