Axios : Ukrayna hərbi əməliyyatlarda ciddi problemlərlə üzləşir
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi ABŞ-ın “Starshield” peyk rabitəsi sistemində mümkün məhdudiyyətlər hərbi əməliyyatların həyata keçirilməsinə ciddi maneələr yaradır.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı adı açıqlanmayan ukraynalı rəsmiyə istinadən məlumat yayıb.
“Bu gün həmin məhdudiyyətlər səbəbindən planlaşdırılan missiyaların 100 faizi pozulur”, – mənbə bildirib.
Onun sözlərinə görə, peyk rabitəsində problemlər artıq üç gündür müşahidə olunur. Lakin nəşr konkret olaraq hansı hərbi əməliyyatların pozulduğunu açıqlamayıb.
“SpaceX” şirkətinin nümayəndələri isə “Starshield” sisteminin fəaliyyətinə hər hansı məhdudiyyət tətbiq edildiyini təkzib ediblər.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski sistemin işində ciddi nasazlıqlar yarandığını bildirmişdi. Onun sözlərinə görə, peyk rabitəsi yalnız saatda 161 kilometrədək sürətlə hərəkət edən vasitələrdə işləyir.
Zelenski Dublində keçirilən Avropa Siyasi Birliyi sammitində Ukraynanın nəzarətindən çıxmış ərazilər üzərində “Starshield” sisteminin fəaliyyətinin məhdudlaşdırılmasını ABŞ-ın Kiyevə münasibətinin dəyişməsinin göstəricisi kimi qiymətləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 13 Noyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















