Ukrayna ordusu əks hücuma keçib
Icma.az bildirir, Reyting.az portalına istinadən.
Ukrayna Müdafiə Qüvvələri Xarkov vilayətinin şimalındakı Kupyansk şəhərində rus ordusuna qarşı əks-hücuma keçsə də, vəziyyət çox təhlükəli olduğundan proqnoz vermək çətindir.
Reyting.az-ın məlumatına görə, bunu Ukrayna ordusunun birgə qüvvələr qrupunun rabitə rəhbəri Viktor Tregubov deyib.
“Kupyanskda vəziyyət çox dinamikdir və bu şəhər haqqında danışarkən, konkret binaların nəzarətindən söz açırıq. İndiyə qədər şəhərin şimal hissəsində bir sıra əks-hücumlar olub. Ruslar geri çəkilsə də, yenə də vəziyyət çox təhlükəlidir. Buna görə də, hər hansı bir geniş proqnoz verməkdən qorxuram”, - deyə Trequbov əlavə edib.
O, qeyri-sabit vəziyyət səbəbindən dəqiq proqnoz verə bilməyib.
E. KAMAL
Baxış sayı:78
Bu xəbər 06 Noyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















