Icma.az
close
up
RU
Ukrayna ordusu Pokrovskda uduzur: Geri çəkilməyin vaxtıdlr

Ukrayna ordusu Pokrovskda uduzur: Geri çəkilməyin vaxtıdlr

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Ukraynanın cənub-şərqində yerləşən mühüm nəqliyyat və dəmir yolu qovşağının (Donetsk vilayətinin Pokrovsk şəhəri) süqutu təhlükəsi barədə narahatlıqlar artıb.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri məlumat yayıb.

Strateji əhəmiyyətə malik Pokrovsk artıq bir ildən çoxdur mühasirədədir və ölkənin şərqində Rusiya hücumunun əsas istiqamətini üzərinə götürüb. Hazırda cəbhənin 1000 kilometrlik xətti boyunca gedən döyüşlərin təxminən üçdə biri məhz burada baş verir. Döyüşlər sovet dövründən qalmış, indi xarabalığa çevrilmiş çoxmərtəbəli binalar arasında davam edir. Müharibədən əvvəl 60 min əhalisi olan şəhərdə indi cəmi bir neçə yüz sakin qalıb. Hərbçilərin bildirdiyinə görə, Pokrovskda hazırda təxminən 300 Rusiya əsgəri var, ruslar sıx duman şəraitindən istifadə edərək şəhərin müdafiə xəttini yarmağa çalışırlar.

Nəşrin yazdığına görə, Pokrovsk ələ keçsə, bu, Rusiyanın son iki ildən artıq müddətdə Ukraynada əldə etdiyi ən böyük qələbə olacaq. Bu, rus qoşunlarının şimal və qərbə doğru irəliləməsinə, Donbasda Ukraynanın “müdafiə qalaları” sayılan şəhərlərə təhdid yaratmasına imkan verəcək.

Ukrayna hərbçiləri deyirlər ki, şəhərdə rus əsgərlərinin sayı ukraynalılardan çoxdur. Son həftələrdə Rusiya şəhərə 2-3 nəfərlik kiçik diversiya qrupları göndərir. Onlar Ukraynanın müdafiə xəttinin daha zəif yerlərindən keçib şəhərə daxil olur, ya orada xaos yaradır, ya da mövqe tutaraq dəstək qüvvələri gözləyirlər, beləliklə, yavaş-yavaş saylarını artırırlar.

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş əməkdaşı İvan Stupak bildirib: “Ukrayna Pokrovsku yavaş, amma qaçılmaz şəkildə itirir. Şəhər hələ tam mühasirəyə alınmayıb, amma təchizat yolları demək olar ki, kəsilib”.

Ukrayna ordusunun Pokrovskdan çıxarılmasına yönəlik səslər artır. Ukrayna generalları nəticəsiz və bunun müqabilində böyük itki verilən döyüşə görə tənqid olunurlar.

Stupakın fikrincə, indi mənasız itkilər və mümkün ağır taktiki məğlubiyyətdən qaçmaq üçün şəhərin cənub müdafiə xətlərindən planlı şəkildə geri çəkilməyə başlamağın vaxtıdır: “Döyüş qərarlarını siyasətçilər deyil, hərbçilər qəbul etməlidirlər”.

“The Telegraph” əlavə edib ki, Ukrayna Pokrovskdan geri çəkilsə, bu, həm də qonşu Mırnoqrad şəhərinin itirilməsi demək olacaq, bu da cəbhənin həmin hissəsində müdafiə xəttinə növbəti ciddi zərbə olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Noyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri