Icma.az
close
up
RU
Ukrayna ordusunu yenidən quracaq general Beytmen KİMDİR?

Ukrayna ordusunu yenidən quracaq general Beytmen KİMDİR?

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

İyul ayından etibarən Böyük Britaniya və Fransa Ukrayna üzrə Çoxmillətli Qüvvələrin qərargahına rəhbərliyi öz üzərinə götürəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasından sonra Böyük Britaniyanın müdafiə naziri Den Cervis məlumat verib.
Nazirin sözlərinə görə, qərargaha rəhbərlik general-mayor Tom Beytmen tərəfindən həyata keçiriləcək.
Bildirilib ki, onun rəhbərliyi altında Böyük Britaniya, Fransa, eləcə də müttəfiq və tərəfdaş ölkələr mümkün sülh sazişindən sonra Ukrayna Silahlı Qüvvələrinin uzunmüddətli yenidənqurması və inkişafı istiqamətində fəaliyyət göstərəcəklər.
 

“Bu müharibə heç vaxt yalnız bir xalqın taleyi ilə bağlı olmayıb. Ukraynalılar təkcə öz təhlükəsizlikləri üçün deyil, Avropanın təhlükəsizliyi naminə də mübarizə aparırlar. Onlar həmçinin öz dəyərlərini və Avropanın dəyərlərini qoruyurlar. Biz bu gün də, sabah da və lazım olduğu qədər onları dəstəkləyəcəyik”, – deyə Den Cərvis vurğulayıb.


Tom Beytmen kimdir?
General-mayor Tom Beytmen Böyük Britaniya Ordusunun yüksək rütbəli zabitlərindən biridir. O, müxtəlif dövrlərdə əməliyyat planlaşdırılması, beynəlxalq hərbi əməkdaşlıq və strateji idarəetmə sahələrində mühüm vəzifələrdə çalışıb.
Beytmen NATO strukturları ilə əməkdaşlıq təcrübəsinə malikdir və son illərdə Britaniya Silahlı Qüvvələrinin beynəlxalq missiyalarının koordinasiyasında iştirak edib. Onun Ukrayna üzrə Çoxmillətli Qüvvələrin qərargahına rəhbər təyin olunması Kiyevin müdafiə potensialının uzunmüddətli gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 İyun 2026 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri