Icma.az
close
up
RU
Maisin oğlu general Mirzəyev kimdir?

Maisin oğlu general Mirzəyev kimdir?

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Korrupsiya ittihamı ilə tutulan Rosqvardiyanın cənub regional  komandanının müavini vaxtilə Putinin partiyasından deputatlığa namizəd olub... 

Moskvada Rusiya Qvardiyasının (Rosqvardiya) Təchizat İdarəsinin müavini, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyev korrupsiya ittihamı ilə həbs edilməsi Rusiya mediasının əsas mövzularından birinə çevrilib.

52 yaşlı Mirzə Mirzəyev Rosqvardiyanın cənub regional  komandanının müavini olub. O,   tez tikilə bilən binaların modulları üçün təchizatçılardan 140 milyon rubl (təxminən 1.4 milyon dollar) tələb edib. Əks halda, 480 milyon rubl (təxminən 4.8 milyon dollar) dəyərində olan müqaviləni ləğv edəcəyi ilə hədələyib.

Təchizatçı şirkət, Mirzəyevə pulları vasitəçi yolu ilə çatdırsa da, o, sonradan saxlanılıb. Mirzəyevin hüquq müdafiəçiləri onun ev dustaqlığında saxlanılması tələbi ilə çıxış ediblər, lakin məhkəmə onun törətdiyi cinayətin xarakterini nəzərə alaraq həbsxanaya göndərilməsinə qərar verib. General-mayor Mirzə Mirzəyev 2025-ci ilin yanvarın 2-dək həbsdə qalacaq.

Musavat.com xəbər verir ki, Mirzəyev Mirzə Mais oğlu 26 may 1972-ci ildə Stavropol vilayətidə-Budyonovskda  anadan olub. 2006-cı ildə Rusiya  Müdafiə Nazirliyinin Sankt-Peterburq şəhərində Xrulev adına Hərbi Maddi-Texniki Təchizat və Nəqliyyat Akademiyasını bitirib.

2015-ci ildə hakim "Vahid Rusiya" partiyasının  Stavropol regional bölməsi Mirzə Mirzəyev Dumaya seçkilərdə namizədliyini irəli sürüb, amma deputat seçilə bilməyib. Bundan sonra şəhər hərbi hissələrindən birində, sonra isə Rosqvardiyada rəhbər vəzifəyə gətirilib.    Rusiyanın müstəqil internet resurslarında hələ həbsindən əvvəl Mirzə Mirzəyev haqda xüsusi süjet də yayımlayıb.  Süjetdə  onu Rusiya Qvardiyasının “ən zəngin” generalı kimi təqdim ediblər,  onun bir neçə bahalı avtomobili və dəyəri yüz milyonlarla rublla qiymətləndirilən daşınmaz əmlakı olduğu bildirilib.

Mirzə Mirzəyevin 48 milyon rubl dəyərində bir neçə bahalı avtomobili, Kislovodskda 50 milyonluq sarayı, bundan əlavə, üç uşağın da hər biri 100 milyon rubl dəyərində bahalı daşınmaz əmlakı olduğu üzə çıxıb.

Bəyannaməyə görə, isə son on ildə Mirzə Mirzəyev 14,203 min rubl qazanıb.

Bu, Rusiya Qvardiyasında korrupsiya ilə bağlı ilk həbs deyil.  Sentyabrın sonunda hərbi məhkəmə Rusiya Qvardiyasının aviasiya texniki xidmətinin rəisi polkovnik Oleq Qamayunovu xüsusilə böyük miqyasda fırıldaqçılıq işi üzrə həbs edib. Zərər 80 milyon rubldan çox qiymətləndirilir.

2018-ci ildə isə  Aleksey Navalnı öz saytında Rusiya Qvardiyasının şişirdilmiş qiymətlərlə ərzaq aldığını iddia edən “Rosqvardiyanın kartofu” adlı araşdırma dərc etmişdi.  

Vaxtilə Putinin şəxsi cangüdənlərindən olan Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotov da araşdırmanı  təxribatı adlandırmışdı. Zolotov iddia edirdi ki, qoşunlar üçün yeməklərin çatdırılması və qidalanma xidmətlərinin göstərilməsi mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilir.  

Viktor Zolotov bununla kifayətlənməyərək yeyinti faktlarını sübut etmək üçün videomüraciət yayaraq Navalnın  debata çağırdı. Sonra isə məlum oldu ki, korrupsiya ittihamlarını rədd edən Zolotov  videoçəkiliş apararkən qoluna bahalı  “Montblanc” saatı taxıbmış…


Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:308
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Noyabr 2024 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see346

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see333

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see319

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see312

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see289

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see276

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see271

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see254

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see240

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see235

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see234

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see228

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see220

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see217

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see213

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see213

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see209

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see206

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri