Ukrayna planı Rusiya və ABŞ zirvə görüşünü daha da yaxınlaşdıracaq Orban
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Ukraynadakı münaqişənin həlli üçün yeni Amerika planı ABŞ və Rusiya arasında razılaşma və iki ölkə prezidentlərinin Budapeştdə görüşü üçün əsas ola bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
"28 bənddən ibarət və rəsmi olaraq Ukraynaya təhvil verilmiş Amerika sülh planının mövcudluğu rəsmi olaraq təsdiqləndi. Bu sülh planında ruslar və amerikalıların əvvəllər bir-biri ilə müzakirə etdikləri təkliflər var. Düşünürəm ki, növbəti iki-üç həftə həlledici olacaq", - deyə Orban bildirib.
Onun fikrincə, yeni Amerika planı Ukrayna münaqişəsinin həllinə ümid verir.
Qərb kütləvi informasiya vasitələrinin xəbərinə görə, Ukrayna Krım və Donbassı güzəştə getməlidir.
Bunun müqabilində Kiyev Amerika və Avropa təhlükəsizlik zəmanətləri alır.
Fuad
Bu mövzuda digər xəbərlər:ABŞ nin Ukrayna ilə bağlı yeni planı Rusiya ABŞ sammitini yaxınlaşdırır Orban
21 Noyabr 2025 12:48
Rusiya və Ukrayna arasında atəşkəs... Orban
19 Dekabr 2024 14:58
Viktor Orban: Rusiya Ukrayna münaqişəsi zamanı daha da güclənib
06 Dekabr 2024 11:34
Ukrayna Qərb və Rusiya arasında bölünəcək Orban
07 Sentyabr 2025 21:57
ABŞ Ukrayna, Rusiya və Avropa nümayəndələrinin növbəti görüşünü TƏKLİF ETDİ
20 Dekabr 2025 19:32
Baxış sayı:81
Bu xəbər 21 Noyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















