Orban: Macarıstan Rusiya qazının Ukrayna üzərindən...
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Macarıstan iqtidarı 2024-cü ildən sonra Rusiya qazının Ukrayna ərazisindən tədarük imkanlarının saxlanması üçün Moskva və Kiyevlə əlaqədədir.
Bakıvaxtı.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.
“Biz qazın Rusiya – Ukrayna sərhədini keçən kimi Rusiya qazı hesab edilməyəcəyi və alıcının mülkiyyətinə çevriləcəyi variant üzərində işləməyə çalışırıq”, – o qeyd edib.
Orban əlavə edib ki, hələlik bu təşəbbüsün tərəfləri Rusiyadan qaz tranzitini saxlamağa inandıracağını bilmir.
O həmçinin vurğulayıb ki, Macarıstan indi Rusiya qazını Ukrayna vasitəsilə deyil, “Türk axını” qaz kəməri ilə alır. Eyni zamanda, o, Ukrayna ərazisindən tədarük imkanlarının saxlanmasını da vacib hesab edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 21 Dekabr 2024 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















