Ukrayna qırıcıları NATO nun hərbi Wi Fi ından istifadə edə biləcək
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müavini Yekaterina Çernogorenko məlumat verib.
"NATO-nun qeyri-kommersiya proqram təminatının - Komanda və İdarəetmə Mərkəzi Sistem İnterfeysinin (CRC Sistem İnterfeysi, CSI) istifadəsi üçün lisenziya müqaviləsi imzalanıb. Proqram təminatı Link-16 məlumat ötürmə protokolundan istifadə etməklə döyüş idarəetmə sisteminin elementidir – NATO-nun “hərbi Wi-Fi”, təyyarələrə (F-16, Mirage 2000), inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemlərinə (Patriot) nəzarəti təmin edir", - deyə o, "Facebook"da yazıb.
Onun sözlərinə görə, CSI proqram təminatı NATO ölkələrinin əksəriyyəti tərəfindən istifadə olunur. Bu isə Ukraynanın tərəfdaşları ilə tam qarşılıqlı uyğunluğunu təmin edəcək.
Mayın 26-da Niderland Müdafiə Nazirliyi Ukraynaya vəd edilən 24 "F-16" qırıcısından sonuncularını təhvil verdiyini açıqlayıb. Fevral ayında isə Fransanın Silahlı Qüvvələr naziri Sebastyen Lekornu Ukraynaya bir neçə "Mirage 2000" qırıcısının göndəriləcəyini bəyan edib. O, ümumilikdə neçə təyyarənin göndəriləcəyini dəqiqləşdirməyib, lakin KİV-in məlumatına görə, söhbət altıdan çox olmayan təyyarədən gedə bilər.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə daha əvvəl bəyan etmişdi ki, xarici qırıcılar döyüşlərin gedişatına təsir edə biləcək “çıxış yolu” deyil və “Rusiya Silahlı Qüvvələri tərəfindən ardıcıl şəkildə məhv ediləcəklər”.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 31 May 2025 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















