Ukrayna Silahlı Qüvvələrinin “Patriot” HHM sistemləri NATO nun hərbi “Wi Fi”na qoşulacaq
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Silahlı Qüvvələrinin silahlanmasında olan “Patriot” hava hücumundan müdafiə sistemləri (HHM), həmçinin “F-16” və “Mirage 2000” təyyarələri NATO-nun "hərbi Wi-Fi"na - Link-16 sisteminə qoşulacaq.
“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Yekaterina Çernoqorenko bildirib.
Onun sözlərinə görə, nazirlik NATO-nun qeyri-kommersiya proqram təminatından - İdarəetmə və Xəbərdarlıq Mərkəzinin Sistem İnterfeysindən (CRC System Interface, CSI) istifadə haqqında saziş imzalayıb.
"Proqram təminatı Link-16 məlumat ötürmə protokolundan - NATO-nun "hərbi Wi-Fi" şəbəkəsindən istifadə etməklə döyüş idarəetmə sisteminin elementidir. Bu, təyyarələrin (“F-16”, “Mirage 2000”), inteqrasiya edilmiş hava və raket hücumundan müdafiə vasitələrinin (“Patriot”) idarə edilməsini təmin edir", - nazir müavini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 31 May 2025 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















