Ukrayna qoşunları Krımda vacib hədəflərə zərbələr endirib
Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna qoşunları Krım körpüsünün yaxınlığında və işğal olunmuş Krım ərazisində bir neçə vacib hədəfə zərbələr endirərək düşmənin logistika və hava hücumundan müdafiə sistemlərinə hücum edib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin “Telegram” səhifəsinə istinadla xəbər verir.
Ölkə başçısının sözlərinə görə, əməliyyat Rusiyanın Ukrayna əhalisinə qarşı hücumlarına cavab olub. Əməliyyatda Ukrayna Təhlükəsizlik Xidmətinin, Pilotsuz Sistemlər Qüvvələrinin, Baş Kəşfiyyat İdarəsinin və Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri iştirak edib.
Dövlət başçısı qeyd edib ki, zərbələr cəbhə xəttindən təxminən 300 kilometr aralıda yerləşən hərbi logistika, neft sənayesi və Rusiya hava hücumundan müdafiə obyektlərini hədəf alıb.
“Krım körpüsünün hər iki tərəfindəki obyektlərə zərbə endirilib: Krasnodar diyarında neft daşınması üçün dəniz logistika obyekti və müvəqqəti işğal olunmuş Kerç şəhərindəki neft bazası”, – deyə o, dəqiqləşdirib.
Bundan əlavə, Zelenskinin sözlərinə görə, düşmənin hərbi logistika obyektləri, S-400 zenit-raket sistemlərinin bir hissəsi olan dörd radar stansiyası və iki “Pantsir” raket sistemi uğurla vurulub
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 21 İyun 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















