Ukrayna Silahlı Qüvvələri Krımda iki neft anbarına zərbələr endirib...
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Oktyabrın 16-dan 17-nə keçən gecə Xüsusi Əməliyyat Qüvvələrinin pilotsuz təyyarələri Krımda Rusiyanın iki neft anbarına zərbələr endirib.
SİA xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, oktyabrın 17-nə keçən gecə Xüsusi Əməliyyat Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları yarımadadakı Rusiya işğalçılarının bir neçə obyektinə hücum edib.
Dron hücumu Qvardeyskoye kəndindəki neft anbarına düşüb. Krımın Sakski rayonunun Karyernoye kəndindəki “Qvardeyskoye” zavodunun “federal dövlət qurumu” (FQKU) adlanan binası da vurulub.
...Xüsusi Əməliyyat Qüvvələri düşməni dayandırmaq üçün asimmetrik əməliyyatları davam etdirir, - məlumatda deyilir.
Əli Babayev


