Ukrayna rus PUA operatorlarını məhv edib Hərbi Kəşfiyyat məlumat yaydı
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Zaporojye vilayətinin müvəqqəti işğal altında olan Tokmak şəhərində partlayış baş verib. Nəticədə Rusiyanın “Skat 350M” PUA-larının operatorları məhv edilib.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi öz Facebook səhifəsində məlumat yayıb.
Məlumatda deyilir ki, iyulun 16-da səhər tezdən Tokmak şəhərindəki partlayış nəticəsində “UAZ 452” avtomobili havaya uçub: “Onun içərisində iki rusiyalı işğalçı – “Skat 350M” PUA-larının istifadəsi üzrə ixtisaslaşan hava kəşfiyyatı heyətinin üzvləri olub. İşğalçılar bu drondan Ukraynanın Təhlükəsizlik və Müdafiə Qüvvələrinin Zaporojye vilayətindəki mövqelərini aşkar etmək və artilleriya atəşini tənzimləmək üçün istifadə ediblər. Hər iki rus operatoru maşında daşıdıqları “Skat 350M” PUA-sı ilə birlikdə məhv edilib".
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 16 İyul 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















