Ukrayna Rusiya ilə razılığa gəldi: 314 məhbus dəyişdiriləcək
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya, ABŞ və Ukrayna 314 məhbusun mübadiləsi barədə razılığa gəliblər.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff bildirib. O, Əbu-Dabidə düənən və bu gün keçirilən danışıqları ətraflı və məhsuldar adlandırıb.
"Bu gün ABŞ, Ukrayna və Rusiyanın nümayəndə heyətləri 314 məhbusun mübadiləsi barədə razılığa gəliblər - bu, beş ay ərzində ilk belə mübadilədir. Bu nəticə ətraflı və məhsuldar sülh danışıqları yolu ilə əldə edilib", - deyə o, sosial mediada yazıb.
Uitkoff qeyd edib ki, hələ görüləsi əhəmiyyətli işlər var, lakin bu razılaşma diplomatik əlaqələrin nəzərəçarpacaq nəticələr verdiyini göstərir.
ABŞ Prezidentinin xüsusi elçisi qarşıdakı həftələrdə Ukraynadakı münaqişənin həlli üçün danışıqlarda əlavə irəliləyiş gözlədiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 05 Fevral 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















