Rusiya ilə Ukrayna razılığa gəldi Tramp elan etdi
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya və Ukrayna mayın 9-dan 11-dək atəşkəs, eləcə də "1 000 nəfərin 1 000 nəfərə" formulu üzrə əsir mübadiləsi aparmaq barədə razılığa gəliblər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Moskva və Kiyev onun xahişi ilə üçgünlük atəşkəsə razılaşıblar. pizza sifarişi
Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putinin və Ukrayna Prezidenti Volodimir Zelenskinin hərbi əməliyyatların müvəqqəti dayandırılması barədə qərarını alqışlayıb.
"Ümid edirəm ki, bu, çox uzun və şiddətli müharibənin sonunun başlanğıcıdır", - Ağ Evin rəhbəri yazıb.
ABŞ liderinin fikrincə, tərəflər hər keçən gün münaqişənin nizamlanmasına daha da yaxınlaşırlar.
Bu arada, Ukrayna Prezidenti Volodimir Zelenski Moskvada humanitar məqsədlər üçün 9 may paradının keçirilməsinə imkan verən fərman imzalayıb. Dövlət başçısının saytında dərc olunmuş sənədə görə, Qırmızı Meydan ərazisi tədbir müddətində Ukrayna hərbi qüvvələrinin silahlarının istifadəsi planından müvəqqəti olaraq çıxarılıb.
Fərman imzalandığı andan qüvvəyə minib./Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 08 May 2026 23:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















